Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 01:15

Bin Ladenlə bağlı “özün rənglə” kitabı qalmaqal yaratdı


Feyziyyə Hacıyeva


Amerikada yeni çap edilən “Biz 11 sentyabrı heç vaxt unutmamalıyıq: Uşaqların Azadlıq kitabı” adlanan “özün rənglə” kitabı qalmaqal yaradıb.

Kitabda 3 min nəfərin ölümünə səbəb olmuş 11 sentyabr terrorunun planını cızmış Osama bin Ladenlə bağlı şəkillər yer alıb.

Nəşriyyat kitaba “PG” reytinqi versə də (yəni 10 yaşdan kiçik uşaqlar kitabı valideynləri, yaxud müəllimləri yanlarında olarkən istifadə etməlidirlər) bir sıra müsəlman qrupları deyir ki, şəkillər İslama qarşı stereotiplərin, önyarğıların güclənməsinə xidmət edir.

Amma nəşriyyat bildirir ki, 36 səhifəlik kitaba cəmiyyətdə tələbat var. Bu, valideynlərə uşaqlarına 11 sentyabr terrorunu izah etməsi üçün vacibdir.

Kitab Bin Ladenin 11 sentyabr terrorunu hazırlaması ilə bağlı şəkillə başlayır və onun Amerika xüsusi təyinatlıları tərəfindən Pakistanda öldürülməsi, bundan əvvəl müsəlman qadının arxasında gizlənməsi şəkli ilə tamamlanır.

Amma ABŞ-dakı Amerika-İslam Əlaqələri Şurasının Çikaqo bölümünün direktoru Əminə Şərif deyir ki, kitabda 11 sentyabr hadisələri və onun nəticələri “tendensiyalı” təsvir edilir, radikal islamçılar terroru rədd edən müsəlman çoxluğundan fərqləndirilmir.

“Bu, nifrət aşılayır, ədavəti qızışdırır və uşaqların istifadəsi üçün tamamilə yararsızdır”.

Chicago Tribune
XS
SM
MD
LG