Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:47

Liviya Əlcəzairdən Qaddafinin ailəsini tələb edir


Muammar Qaddafinin arvadı Safia (solda), qızı Aisha və oğlu Hannibal
Muammar Qaddafinin arvadı Safia (solda), qızı Aisha və oğlu Hannibal

Liviyadan olan üsyançılar qonşu Əlcəzairi təcavüzkarlıqda günahlandırır. Bundan əvvəl Əlcəzairdən bildiriblər ki, Muammar Qaddafinin həyat yoldaşı və böyük oğlu Muhammad al-Qaddafi də daxil olmaqla üç uşağı bu ölkəyə qaçıb.

Əlcəzairin Xarici İşlər Nazirliyindən deyiblər ki, Qaddafinin ikinci həyat yoldaşı Safia Farkash Əlcəzairə avqustun 29-u səhər saatlarında gəlib. Qaddafinin 34 yaşlı qızı Ayesha və iki oğlu - Muhammed və Hannibal da Əlcəzairə gedib.

Hadisələrin bu cür inkişafı Əlcəzair və Liviya arasında diplomatik çatların əmələ gəlməsinə gətirib çıxara bilər. Milli Keçid Şurası hazırda Liviyanın yeni hökuməti kimi öz mövqeyini gücləndirmək üzərində çalışır.

“QADDAFİYƏ SIĞINACAQ VERƏNLƏR BÜTÜN DÜNYADA TƏQİB OLUNACAQLAR”

Liviya müxalifətinin yaratdığı Milli Keçid Şurasının sözçüsü Mahmud Shammam deyir ki, Tripolidə yeni hökumət Qaddafi ailəsinin geri verilməsi yollarını götür-qoy edir:

“Bu, Liviya əhalisinə, onların arzu və səylərinə qarşı təcavüzdür. Biz bütün qanuni ölçülərdən istifadə edəcəyik ki, bu cinayətkarları geri qaytaraq və başqa heç nəyə baxmayaraq, onları məhkəmənin öhdəsinə verək. Biz hər kəsə xəbərdarlıq edirik ki, Qaddafi və ya onun ailəsinə sığınacaq verməyə təşəbbüs göstərənlər Liviya əhalisinin düşməninə çevriləcək və liviyalılar onları dünyanın istənilən yerində təqib edəcəklər”.

QADDAFİNİN HARADA OLDUĞU HƏLƏ DƏ MƏLUM DEYİL

Qaddafinin özünün harada olması isə hələ də qeyri-müəyyən olaraq qalır. Milli Keçid Şurası ehtiyat edir ki, Qaddafi və onun oğulları tutulmazsa Liviyada yeni qiyam təşkil edə bilərlər.

Shammam deyir ki, yeni Liviya hökumətinin məlumatına görə, Əlcəzair Qaddafinin həyat yoldaşı və uşaqlarına başqa bir ölkəyə çıxıb gedənədək sığınacaq verməyi planlaşdırır. Onun dediyinə görə, Qaddafi ailəsi getmək üçün bir Şərqi Avropa ölkəsi axtarır.

QADDAFİNİN AİLƏSİ GERİ VERİLƏ BİLƏRMİ?

Qaddafi ailəsinin geri verilməsi məsələsində də hüquqi çətinlik yaranıb. Çünki Əlcəzair hələ Milli Keçid Şurasını Liviyanın legitim hökuməti kimi tanımayıb.

Şuranın sədri Mustafa Abdul Jalil Əlcəzairi bu istiqamətdə əməkdaşlığa və Qaddafinin oğullarını özünün axtarışda olanların siyahısına salmağa çağırıb.

Muhammad al-Qaddafi Muammar Qaddafinin birinci arvadından olan yeganə övladıdır. O, ölkədəki altı aylıq qiyam və vətəndaş müharibəsindən öncə atasının ikinci arvadından olan böyük oğlu Saif al-İslamla birlikdə Liviya hökumətinin varisi kimi dəyərləndirilirdi.

Muhammad Liviya Olimpiya Komitəsinin sədri idi. O həm də Ümumi Poçt və Telekommunikasiya Şirkətinin rəhbəri olub, bu şirkət ölkədəki mobil telefon və peyk əlaqəsi, əsas internet provayderinin sahibi idi.

Muhammad ötən həftə paytaxtı ələ keçirən müxalifət döyüşçüləri tərəfindən həbs olunub. "Al-Jazeera" televiziyasına telefonla verdiyi müsahibədə o, təsdiqləyib ki, avqustun 21-i Tripolidə üsyançılara təslim olub. Amma sonrakı gün paytaxtda keçmiş hökumətə sadiq insanlarının köməyi ilə qaçmağa müvəffəq olmuşdu.

HANNİBAL QADDAFİNİN ADI HƏLƏ BİR NEÇƏ İL ƏVVƏLDƏN KRİMİNAL HADİSƏLƏRDƏ HALLANIR

Hannibal Qaddafi isə Liviyanın neft ixracatında ixtisaslaşan Milli Dəniz Nəqliyyat Şirkətində çalışırdı. Avropada bir çox zorakılıq hadisələrində onun adı hallanırdı. Məsələn, 2005-ci ildə Parisdə hamilə sevgilisini döydüyü deyilirdi.

Üç il bundan öncə isə Hannibal İsveçrədə oteldə həbs olunmuşdu, onu iki xidmətçisi onlara qarşı hücumda ittiham etmişdi, amma sonradan zaminə buraxılmışdı. Bu hadisədən sonra Qaddafi rejimi İsveçrə mallarını boykot etmiş, Liviyadakı İsveçrə şirkətlərini bağlatmış və bu ölkədəki diplomatlarını geri çağırmışdı.

Ayesha İraqın keçmiş prezidenti Saddam Huseynin müdafiə qrupunun üzvü olub. O, 2006-cı ildə atasının əmisi oğlu ilə ailə həyatı qurub.

XAMİS QADDAFİ ÖLÜB?

Muammar Qaddafi oğlu Saif al-İslam və kəşfiyyat idarəsinin rəhbəri ilə birlikdə idarəsinin rəhbəri Abdullah əl-Senussi ilə birlikdə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlığa qarşı cinayətdə ittiham olunurlar.

Üsyançıların dediyinə görə, kəşfiyyat idarəsinin rəhbəri Qaddafinin digər oğlu Xamislə birlikdə ötən şənbə günü öldürülüb.

Vaşinqtonda rəsmilər deyirlər ki, Xamisin ölüm xəbəri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Bundan öncə də iki dəfə Xamisin ölüm xəbəri yayılıb və sonradan yanlış olduğu üzə çıxıb.

Beynəlxalq Cinayət Məhkəməsinin ittihamçısı Luis Moreno-Ocampo deyir ki, o, Xamisin həbsi üçün orderlə bağlı müraciət edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG