Keçid linkləri

2024, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 18:17

Əfqanıstanda 8 intiharçı uşaq ailələrinə veriləcək


Əfqanıstan prezidenti Hamid Karzai intiharçılıqda şübhəli bilinən 8 uşağın ailələrinə qaytarılmasını göstəriş verib.

Onlardan birinin 7 yaşı var.

Onlar terror aktlarına hazırlaşarkən Əfqanıstanın müxtəlif yerlərində yaxalanıblar.

Karzai müqəddəs Ramazan bayramı münasibətilə çıxışında bu uşaqların Taliban tərəfindən aldandırıldıqlarını deyib.

Əfqanıstan hakimiyyəti xüsusi təlim aldıqdan sonra intiharçı olmaqda şübhəli bilinən daha 12 uşağın azad olunacaqlarını deyib.
XS
SM
MD
LG