Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Suriyaya qarşı beynəlxalq təpki artır


ABŞ hesab edir ki, Suriya prezidenti Bəşər Əsəd və onun hökumətinə qarşı beynəlxalq «təkləmə» getdikcə artır. ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nulandın dediyinə görə, beynəlxalq cəmiyyət getdikcə daha yekdilliklə Suriyada zorakılığın dərhal dayandırılmasını tələb edirlər.

Bu arada Suriyadan yeni toqquşmalarla bağlı məlumatlar gəlir. Hüquq müdafiəçilərinin məlumatına görə, bazar ertəsi ordunun əsgərləri qruplara ayrılaraq aksiyaçıları ölkənin bir neçə şəhərinə pərən-pərən salıblar. Deyilənə görə, 5 nəfər öldürülüb, 60-dan çoxu yaralanıb.

Suriyanın rəsmi agentliyi SANA-nın məlumatına görə, avqustun 29-da Bəşər Əsəd Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanovanı qəbul edib. Məlumatda deyilir ki, Rusiya rəsmisi Suriya hökumətinin islahatlar keçirmək niyyətini dəstəkləyib.
XS
SM
MD
LG