Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:43

Qaddafinin ailəsi Əlcəzairə qaçıb


Muammar Qaddafinin həyat yoldaşı və 3 uşağı Əlcəzairə qaçıblar. Əlcəzairin xarici işlər nazirliyindən bildiriblər ki, onlar avqustun 29-da Liviyadan maşınla gəliblər. Milli Tranzit Şurasının sözçüsü deyib ki, Qaddafinin ailəsinin geri verilməsi yollarını götür-qoy edirlər.

Bu arada üsyançıların dediyinə görə, Qaddafinin hərbi rəhbər olan Xamis adlı oğlu avqustun 27-də paytaxt Tripoli yaxınlığındakı toqquşmada öldürülüb.

Qaddafinin özünün harada olduğu isə hələ də məlum deyil. Üsyançılar onu öldürən və ya tutan şəxsə mükafat – 1,3 milyon dollar və cinayət məsuliyyətindən azad olma mükafatı elan ediblər.
XS
SM
MD
LG