Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Azərbaycan jurnalistlərinin İrana səfər etməsi qaydaları açıqlanıb


İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan jurnalistlərinin bu ölkəyə səfər etməsi qaydalarını açıqlayıb.

Səfirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarına verilən vizaların ləğvi yalnız adi səfərlərə aiddir. Jurnalist səfərləri, müsahibə alınması, reportaj hazırlanması, müxtəlif obyekt və şəhərlərdə çəkilişlər aparılması üçün mütləq jurnalist vizası alınmalıdır.

O da bildirilir ki, müsahibə alınması üçün verilən ərizələr, həyata keçiriləcək layihə və planlar barədə İran İslam Respublikasının Bakıdakı səfirliyinə dəqiq məlumat verilməlidir. Məlumatı APA yayıb.
XS
SM
MD
LG