Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Liviyada 50 min insan yoxa çıxıb


Liviya üsyançıları Ras Lanuf şəhəri yaxınlığında, 27 avqust 2011
Liviya üsyançıları Ras Lanuf şəhəri yaxınlığında, 27 avqust 2011
BU GÜN HƏLLEDİCİ DÖYÜŞ OLACAĞI GÖZLƏNİR

Liviya üsyançıları Müəmmər Qəddafinin (Muammar Gaddafi) doğma şəhəri Sirtin yaxınlığındadırlar. Üsyançılar deyir ki, bu gün ölkəni tam nəzarətə götürmək uğrunda son və həlledici döyüş gedə bilər.

Ötən həftə üsyançılar Tripolini ələ keçirəndən sonra Sirt Qəddafi tərəfdarlarının son dayağına çevrilib.

SİRTLƏ DANIŞIQLAR GEDİR

Qəddafinin yeri hələ də bilinmir. Amma böyük ehtimalla onun Sirtdəki qəbilələr arasında sığınacaq tapdığı deyilir.

Yeni hökumət isə Sirt qəbilələrinin başçıları ilə «dinc şəkildə təhvil-təslimlə» bağlı danışıqlara başlayıb. Misuratadan olan komandir Məhəmməd əl-Fortiya (Mohammed al-Fortiya) belə deyir.

Amma danışıqlar deyəsən, uğursuzluğa düçar olub.

Milli Keçid Şurasının nümayəndəsi Mahmud Şammam (Mahmoud Shammam) bildirir ki, onlar Liviyanı daha tez birləşdirmək niyyətindədirlər. O xəbərdar edib ki, danışıqlar daimi ola bilməz.

NATO-NUN HƏDƏFİ

Bu arada NATO-nun hərbi təyyarələri də Sirti hədəfə götürüblər. Son günlər 50-dən artıq hərbi nəqliyyat vasitəsi, iki hərbi sığınacaq,
Tripolidə döyüşlərdə ölənlər – 25 avqust 2011
hərbi müşahidə postu və hərbi mühəndislər üçün vasitələr dağıdılıb.

50 MİN ADAM YOXA ÇIXIB

Beynəlxalq hüquq müdafiəçiləri isə Qəddafi rejiminin siyasi rəqiblərinə qarşı törətdiyi dəhşətli cinayətlərlə bağlı sübutlar topladıqlarını deyirlər.

«Human Rights Watch» güman edir ki, Qəddafiyə bağlı dövlət qurumları həddən artıq zorakılığa yol veriblər. Üsyançılar şəhərə girəndəsə necə gəldi əsirləri qətlə yetiriblər.

Müxalifətin hərbi nümayəndəsi polkovnik Əhməd Ömər Bani (Ahmad Omar Bani) deyib ki, Tripoli ələ keçiriləndən sonra 10 mindən artıq əsir Qəddafi zindanlarından buraxılıb.

Amma 50 min insanın harada olduğusa bilinmir. İtkin əsirlər ya edam olunublar, ya da yeraltı istehkamlarda salınıblar, onların sağ qalma ehtimalı azdır.

Üsyançıların qurduğu hökumətin Ədliyyə naziri Məhəmməd əl-Alaqi (Mohammed Al-Alaqi) deyir ki, bütün məlumatlar araşdırılacaq, Qaddafiyə bağlı hərbçilərsə məhkəmə qarşısında duracaqlar.

MEQRAHİ İSƏ VERİLMƏYƏCƏK

Abdel Basset Əli əl-Meqrahi
Əl-Alaqi həmçinin deyib ki, Şura 1988-ci ildə Lokerbi üzərində təyyarəni partlatmaqda təqsirli bilinən Abdel Basset Əli əl-Meqrahini (Abdel Basset al-Megrahi) ekstradisiya etməyəcək.

Həmin terror aktında 270 adam ölüb.

Xərçəng diaqnozu qoyulan Meqrahi 8 il Şotlandiya həbsxanasında yatıb, 2009-cu ildə səhhətinə görə azadlığa buraxılıb. Həkimlər onun bir neçə ay ömrü qaldığını demişdilər.

İndisə ABŞ-dan onun məhkəməyə çəkilməsi ilə bağlı çağırışlar səslənir.

«O, QƏDDAFİ İDİ LİVİYA VƏTƏNDAŞLARINI ƏLƏ VERİRDİ...»

Amma əl-Alaqi bunu istisna edib:

«Biz heç bir Liviya vətəndaşını Qərbə verməyəcəyik, Meqrahi bütün maddələr üzrə bir dəfə mühakimə olunub, bir də mühakimə edilməyəcək. Biz Liviya vətəndaşlarını heç kimə verməyəcəyik. O, Qəddafi idi Liviya vətəndaşlarını ələ verirdi».

CNN əməkdaşları deyirlər ki, Meqrahinin Tripolidə yerini müəyyənləşdiriblər. Onun xəstəxanada koma halında olduğu və süni nəfəs aparatlarına bağlandığı deyilir.

Milli Keçid Şurası isə Tripolidəki humanitar böhranı aradan qaldırmağa çalışır.
Liviyadakı çətinliyi nəzərə alan Ərəb Dövlətləri Liqası BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib.

Bir qədər əvvəl BMT Baş katibi Pan Ki Mun (Ban Ki-moon) da Liviyaya yardıma hazır olduqlarını bildirmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG