Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 18:15

Pərviz Müşərrəfin bank hesabları donduruldu


Pərviz Müşərrəf
Pakistan məhkəməsi keçmiş prezident Pərviz Müşərrəfin (Pervez Musharraf) əmlakının müsadirə olunması və bank hesablarının dondurulması haqda qərar çıxarıb.

Onun Pakistanda nə qədər əmlakı olması barədə məlumat verilmir.

Pərviz Müşərrəf Londonda və Dubayda mühacirətdə yaşayır. O, keçmiş Baş nazir Bənazir Bhuttonun (Benazir Bhutto) ölümündə təqsirli bilinir.

Hüquq-mühafizə orqanlarının fikrincə, eks-prezident Bhuttonun təhlükəsizliyini yetərincə təmin etməyib.

Bənazir Bhutto 2007-ci ildə seçki mitinqində çıxışı zamanı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG