Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 16:29

Orta ixtisas məktəblərinə qəbul imtahanı keçirilib


Foto arxiv
Avqustun 28-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas məktəblərinə qəbul imtahanı başlayıb.

9 illik bazadan qəbul imtahanında iştirak etmək üçün 31 250 abituriyent qeydiyyatdan keçsə də, yeni dərs ili üçün 9642 yer ayrılıb.

Onun 8449-u Azərbaycan bölməsinə aiddir. Yalnız 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Hazırda 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır.

İmtahanlar 11 şəhərdə götürülür.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin sözlərinə görə, abituriyentlər saat yarım ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər.

Cavabların sentyabrın 3-dək elan olunacağı gözlənilir. (APA)

Günün bütün mövzuları

XS
SM
MD
LG