Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 09:02

ABŞ rəsmisi Əl Qaidənin daha bir güclü zərbə aldığını deyir


Əl Qaidədə ikinci lider hesab olunan Atiyah Abd al Rahmanın ölümü bu terrorçu şəbəkəyə daha bir güclü zərbədir.

Bunu adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib.

Əl Qaidənin keçirdiyi əməliyyatların hazırlanmasında iştirak edən al Rahman avqustun 22-də Pakistanın Vəziristan regionunda ABŞ-ın pilotsuz təyyarəsinin keçirdiyi əməliyyat zamanı öldürülüb.

Məlumatlara görə, o Liviya vətəndaşıdır.

Atiyah Abd al Rahman bu ilin mayında Osama bin Ladenin öldürülməsindən sonra Əl
Qaidənin rəhbərliyində ikinci adam hesab olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG