Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 17:49

Burcanadzenin həyat yoldaşı xaricdən sığınacaq istəmək fikrindədir

Gürcüstan sərhəd polisinin keçmiş rəhbəri Badri Bitsadze xaricdən siyasi sığınacaq almaq fikrindədir.

Bu barədə İnterfaks agentliyinə müxalifətdə olan Vahid Gürcüstan hərəkatı məlumat verib.

Bu partiyaya Bitsadzenin həyat yoldaşı Nina Burcanadze rəhbərlik edir.

Tbilisi məhkəməsi Bitsadzeni may aksiyaları zamanı polisə müqavimət qrupu yaratmaqda təqsirli bilərək 5 il yarım qiyabi azadlıqdan məhrum edib.

O hazırda İnterpolun xətiylə axtarışdadır.
This item is part of
XS
SM
MD
LG