Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:29

Liviya üsyançıları Tunislə sərhəddi nəzarətə götürüblər


Liviya üsyançıları Tunislə sərhəddəki Ras Jdir keçid məntəqəsini ələ keçiriblər.

Məlumatlara görə məqsəd Muammar Qaddafinin ölkədən qaçmasına imkan verməməkdir.

Tunisin hakim dairələri bunadək Qaddafinin yüzlərlə tərəfdarının ölkəyə keçdiklərini xəbər verir.

Hazırda üsyançılar NATO təyyarələrinin dəstəyilə Qaddafinin doğma şəhəri Sirtə doğru hərəkət edirlər.
XS
SM
MD
LG