Keçid linkləri

2026, 16 Oktyabr, cümə, Bakı vaxtı 10:32

İrene qasırğası saatda 100-lə ABŞ sahillərinə yaxınlaşır

Ayrin (İrene) qasırğasına görə,Birləşmiş Ştatların şərq sahillərindən 10 minlərlə adam köçürülür.

Hava limanları, bir sıra tranzit nəqliyyat sistemləri və müəssisələr bağlanıb.

Nyu York meri Maykl Blumberq (Michael Bloomberg) şəhərin bir sıra rayonlarından 250 min adamın köçürülməsini və metronun bağlanmasını göstəriş verib.

Prezident Barack Obama məzuniyyətini dayandıraraq Vaşinqtona dönüb.

Qasırğanın şənbə günü Şimali Karolina ştatına çatacağı, sonra isə Vaşinqton, Nyu-York və Bostona doğru hərəkət edəcəyi gözlənilir.

65 milyonluq regionu daşqın və güclü fırtına gözləyir.

Ekspertlərin gəldiyi nəticəyə görə qasırğa ölkəyə 12 milyard dollar ziyan vura bilər.

Küləyin sürəti saatda 100 kilometr olacaq.
This item is part of
XS
SM
MD
LG