Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanda Ramazan bayramının dəqiq tarixini açıqlayıb.
Rəsədxananın direktoru Əyyub Quliyev «APA»ya bildirib ki, avqustun 29-da Bakı vaxtilə səhər saat 08:00-da yeni ay doğacaq:
«Ola bilsin ki, bu, adi gözlə görünməsin. Ona görə də həmin gün oruc tutulmalıdır. Avqustun 29-u axşam bayram axşamı hesab olunur. Avqustun 30-u isə bayramdır. Həmin gün ay adi gözlə görünəcək».