Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:52

Sarkozi və Kameron Liviyaya səfər edəcəklər


Fransa prezidenti Nikola Sarkozi və Britaniyanın baş naziri Devid Kameron diktator Qəddafi tutulan kimi Liviyaya səfər edəcəklər.

Sentyabrın 1-də Parisdə Liviyanın gələcəyinə dair beynəlxalq konfrans keçiriləcək.

Liderlərin də həmin konfransdan sonra Liviyaya gedəcəyi gözlənilir.

Sarkozinin üsyan ocaqlarından olmuş Benqazi və Misrataya da baş çəkəcəyi gözlənilir.

Həm Sarkozi, həm də Kameron Liviyada üsyan başlanandan bəri Qəddafi hakimiyyətinə qarşı aktiv kampaniya aparıblar.

BMT-də Liviya əleyhinə qətnamənin təşəbbüskarları da onlar olublar.
XS
SM
MD
LG