Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:43

İlham Əliyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək


Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək.

Bu barədə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammiti oktyabrın 20-21-də Almatıda keçiriləcək.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana rəsmi səfər edəcək. İki gün davam edəcək səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair dövlətlərarası sazişlər imzalanacaq.
XS
SM
MD
LG