Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:22

«Növbəti oyanış?»


Con O'Sallivan
Con O'Sallivan
20 il bundan əvvəl Ciddədə «Okaz» qəzetinin dəvəti ilə kokteyl qonaqlığında idim. Mən qəfildən sərxoş oldum, başım gicəlləndi.

Əlbəttə ki, məcazi mənada sərxoşluqdan söhbət gedir, çünki məclisdə alkoqollu içki yox idi. Ev sahiblərindən biri elan etdi ki «cənab O'Sallivan indi bizə ərəblərin «perestroyka»da payı mövzusunda danışacaq».

Ev sahibi təbəssümlə tribunanı göstərdi. Mən yaxınlaşanda pıçıltıyla ondan soruşdum ki, «nə qədər danışmalıyam?»

«Elə də çox yox, 40-50 dəqiqə», - deyə o, cavab verdi.

««PERESTROYKA»DA ƏRƏBLƏRİN PAYININ NƏ OLDUĞUNU BİLMİRDİM»

Yəqin ki, həmin 40-50 dəqiqənin haradasa videosu var, mən nə vaxtsa onu görüb xəcalət çəkəcəyəm. Çıxış elədim, suallara da cavab verdim. Bu məsələ barədə az və ya çox dərəcədə ciddi danışdım. Ancaq əslində heç bir suala cavab vermədim.

Bir səbəb o idi ki, mən «perestroyka»da ərəblərin payının nə olduğunu bilmirdim - hətta bu ifadənin nə demək olduğunu da. Başqa bir səbəb odur ki, ev sahiblərinin də bu barədə təsəvvürü çox qarışıq və təhrif olunmuş idi. Onları ruhlandıran Orta və Şərqi Avropadakı «məxməri inqilab»lar, Qorbaçovun «perestroyka»sı və Sovet kommunizminin dağılması idi. Ancaq onlar bir məntiqi ardıcıllığı görmürdülər ki, ərəb rejimləri öz subyektlərində daha böyük azadlıq və demokratiya həyata keçirməlidirlər.

Buna oxşar məsələ qaldırılmadı. Əvəzində, məclisdəkilərdən çoxu mübahisə edirdi ki, Sovet İttifaqı daha superdövlət olmadığı üçün İsrail də daha Birləşmiş Ştatlara Yaxın Şərqdə strateji müttəfiq kimi lazım deyil. Buna görə də Amerika İsraillə əlaqələrini zəiflədib, fələstinlilərin milli niyyətlərinə daha xoş mövqe tuta bilər. Görünür, bu, həmin axşamkı diskussiya ərəblərin «perestroyka»da payı idi və nəticədə qızğın, ancaq məsələdən uzaq müzakirə getdi. Mən heç bir suala düzgün cavab vermədim. Ancaq bu il tarix mənim əvəzimə cavab verdi: ərəblərin «perestroyka» payı odur ki, ərəblər də çexlərin, rusların, qazaxların və digər sovet xalqlarının 1989-1991-ci illərdə qazandığı azadlıq və demokratiyaya eyni dərəcədə malik olmalıdırlar.

ƏRƏBLƏR DƏ AZADLIQ İSTƏYİR

Misirlilər, tunislilər, suriyalılar və liviyalılar özlərinə sübut elədilər ki, onlar da azadlığı dəyərləndirirlər, özləri və həmvətənləri üçün dəhşətli qurbanlar verməyə hazırdırlar. Bu o demək deyil ki, Yaxın Şərqdə liberal demokratiya qurulacaq. Ancaq sual odur ki, ərəb cəmiyyətləri bunu istəyirlərmi? İstəyirlər. Bunun üçün ölməyə belə
Liviyada üsyançılar, 27 iyun 2011
hazırdırlar.

Son 20 ildə beynəlxalq ictimaiyyət də mənim «Okaz» qəzetinin qonaqlığında olan auditoriyam kimi, maraqlı mövqe tutub. Ərəblərin niyyətlərinə dostluq mövqeyi göstərmək istəyənlər diqqəti ancaq İsrail-Fələstin münaqişəsinə yönəldiblər. Ərəb xalqlarının qərblilər üçün adi şey olan gündəlik azadlıqları daha çox istəyə bilməsi fikrini isə nəzərə alan olmayıb. Bu ideya Corc Buş administrasiyası tərəfindən irəli sürüləndə, zəhərli neokonservativ illüziya kimi qəbul olundu, digər tərəfdən, İraq müharibəsi də bu ideyanı gözdən salırdı.

İndi öyrənirik ki, 1989-1991-ci illərin ideyaları Qahirə, Tunis, Dəməşq və Tripolidəki gənclərin beyinlərində də yaranırdı. Yaxşı təhsilli, yaxud işdə məsul vəzifədə olanlar daha diktatorun köməksiz uşaqları kimi davranmağı istəmir, ata qayğısını, despotik yanaşmanı qəbul etmirdilər. Yeni media texnologiyaları dövlətin informasiya üzərindəki monopoliyasını zərbə altında qoyurdu; noutbuku olan hər kəs London, Sidney qəzetlərini oxuya bilirdi.

ƏRƏB OYANIŞI – «PERESTROYKA»DAN PAY

İdeyalar azad şəkildə dövr edirdi. Bu ideyalardan bəziləri - məsələn, radikal İslam - azadlıq və demokratiyaya ikili münasibətdə idi. Ancaq bütün ideologiyalar kimi, islamçılıq da həm intellektual müqavimət, həm də razılıqla qarşılaşdı. Bu, tez-tez liberal ideyalar formasını alırdı. Ancaq bütün bu müxtəlif siyasi konsepsiyalar bir məsələdə birləşmişdi: diktaturaya müxalifətdə. Gənc ərəblər ola bilsin, həmin ideyaları bu cür adlandırmırdılar, ancaq 20 ildən sonra onlar «perestroyka»da paylarını istədilər. Bu, Ərəb Oyanışı formasında gəldi.

Bu gün Orta Asiyada, Azərbaycanda, digər post-Sovet avtoritar ölkələrindəki gənclər Ərəb Oyanışından paylarını istəyirlərmi? Mütəxəssislər və regional ekspertlər bu sualı sadəlövh və vaxtından əvvəl adlandırırlar. Onlar belə faktlar irəli sürürlər ki, bu cəmiyyətlərdə ciddi müxalifət hərəkatı yoxdur, hökumətlər dini ciddi nəzarətdə saxlayır, Rusiya və Çin regionda dominant ölkələrdir və uğurlu demokratik siyasətə icazə verməzlər. Onlar demək olar ki, haqlıdırlar.

Ancaq mütəxəssislər və ekspertlər ərəb dünyasında üsyanlar baş verməmişdən əvvəl belə dəyişikliyi eyni cür inkar edirdilər. Hətta onlar baş verəndə belə, ekspertlər dəyişiklikliyə ən az hazır olan ölkələrlə bağlı eyni fikir irəli sürürdülər. Sabit və nisbətən proqressiv Tunisdə inqilab olacağını neçə ekspert öncədən demişdi? Yaxud neçə ekspert inanırdı ki, sadə suriyalılar azadlıq uğrunda həyatlarını qurban verməkdə davam edəcəklər?

Ukraynada gənclərin siyasi repressiyalara qarşı aksiyası, 27 yanvar 2011
Ekspertlər status-kvonu demək olar ki, tərifindən tanıyır və başa düşürlər. Onlar güc institutlarını, onların tayfa köklərini, nəzarət metodlarını, müxalifəti neytrallaşdırmaq bacarığını təsvir edə bilərlər. Onlar heç başa düşmədən təxmin etməyə başlayırlar ki, bu institutlar əlçatmazdır. Onlar haqlıdırlar, ancaq qəfildən haqsıza çevrilirlər. Kanadalı yazıçı Mark Steynin bizə dönə-dönə xatırlatdığı kimi, son iki əsrin tarixi göstərib ki, necə nəhəng, güclü və dərin kök salmış dövlətlər bir gecəyə yıxılıb və dağılıb. Çar avtokratiyasından tutmuş sovet imperiyasına qədər.

BƏS POST-SOVET ÖLKƏLƏRİNİN PAYI?

Ekspertlər 20 ildir inqilabları, imperiyaların yıxılmasını niyə səhv salır? Bunun bir səbəbi var. Onlar Dövlətin subyektlərinin mentalitetindəki dəyişikliyi ölçə bilmirlər. Bu, ekspertlərin radar ekranına düşmür. Bu yavaş və diqqəti cəlb etmədən baş verir. Bu dəyişikliyin xəbərdaredici əlamətləri də qarışıqdır, bu əlamətlər diktatorun repressiv aparatından gəlir. Dəyişikliyin baş verməsi o vaxt aydın görünür ki, subyekt ayağa qalxır, despotik rejimə vətəndaş kimi açıq müqavimət göstərir və minlərlə digər vətəndaş ona qoşulur. Qarşıdurma çox kiçik bir hadisədən qığılcımlana bilər - məsələn, polis bir şübhəlini döyür və bununla da hər şey dəyişir.

Qayıdaq sualıma: Orta Asiya, Qafqaz, Belarus, digər post-sovet avtoritar ölkələrindəki gənclər Ərəb Oyanışından paylarını istəyirlərmi? Fikirləşirlərmi ki, bu Oyanışın onlar üçün dərsləri var? İnanırlarmı ki, buna oxşar hadisə onların cəmiyyətində, həyatında da mümkündür? Onlar hiss edirlərmi ki, onları və dostlarını qəribə, izahı olmayan dövlət idarə edir? Onlar hiss edirlərmi ki, liviyalıların bu həftə qazandığı və suriyalıların hələ də uğrunda mübarizə apardığı azadlığı qazanacaqlar?

Bu məsələdə yeganə ekspert siz - bu məqalənin oxucularısız. Siz nə fikirləşirsiz?

Con O'Sallivan (John O'Sullivan) Azad Avropa/AzadlıqRadiosunun icraçı redaktorudur. Məqalədə ifadə olunan fikirlər müəllifə məxsusdur və AzadlıqRadiosunun mövqeyi ilə üst-üstə düşməyə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG