Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:28

Göydə Ayı kim görsə, 1000 funt qazanacaq


Britaniyada Ramazanla bağlı ərəblərlə mərc kəsilib


Səudiyyə Ərəbistanının sakinləri Ramazanın başa çatdığını öz gözləri ilə görə bilməyəcək. Avqustun 29-da bu ölkədən Ayın hilalını müşahidə etmək qətiyyən mümkün olmayacaq.

Bu bəyanatla Ayın Müşahidəsi üzrə İslam Cəmiyyəti (Böyük Britaniya) çıxış edib. Cəmiyyət təmsilçiləri bildiriblər ki, astronomik göstəricilər Səudiyyə Ərəbistanından Ayın doğmasını görməyə imkan vermir. İnsanlar lap teleskopla baxsalar belə, Günəş batandan sonra Ayı görə bilməyəcəklər.

Buna baxmayaraq, Səudiyyə Ərəbistanında İslam Mühakiməsi üzrə Ali Şura hər il insanların küçəyə çıxmağa və peyğəmbər Məhəmmədin dövründə olduğu kimi Ayın hilalını öz gözləri ilə görməyə çağırır.

Britaniya cəmiyyəti isə öz saytında israrla qeyd edib ki, Ayı görmək mümkün deyil. Və cəmiyyət təmsilçiləri ərəblərə belə bir mərc təklif ediblər: kim 29 avqust axşamı Ayı görə bilsə və onu videoya çəkib sayta göndərsə, həmin şəxsə 1000 funt sterlinq (təxminən 1745 dollar) pul ödəniləcək.

Müsəlman aləmində Ramazanın başlanması və bitməsi Ayın görünüşünə görə hesablanır. Bəziləri Ayı şəxsən görəndən sonra müqəddəs Ramazanın bitdiyini qəbul edirlər. Bəziləri isə yeni texnologiyaların köməyilə dəqiq astronomik hesablamalara inanmağa üstünlük verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG