SENTYABRIN 7-DƏN KÜTLƏVİ AKSİYALAR BAŞLAYACAQ
«Yeni Müsavat» qəzeti xəbər verir ki, avqustun 27-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın sessiyası keçiriləcək. Sessiyada 2 aprel vicdan məhbuslarının məhkəmə prosesi, vətəndaşların mənzil, xüsusi mülkiyyət hüquqlarının pozulması məsələləri müzakirə olunacaq. «Demokratiyaya yumşaq keçidin Yol xəritəsi» nin qəbulu da nəzərdə tutulub:
«27 avqust sessiyasında İctimai Palataya yeni üzvlər qəbul olunmayacaq. Çünki Koordinasiya Şurası İP-ə yeni üzvlərin qəbulunu bir müddət üçün dayandırıb. Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli: «İctimai Palatanın Bakıdakı üzvlərinin sayı 400-ə çatmaq üzrədir. Amma bizim toplanıb iclaslar keçirdiyimiz zal kiçikdir. Yerin olmaması sayın artmasına imkan vermir. Ona görə də müəyyən müddətə qəbulu dayandırmaq haqda qərar verdik».
Qəzet İP-dəki mənbələrə istinadla yazır ki, sessiyada sentyabrın 7-dən kütləvi etiraz aksiyalarına başlanması barədə müzakirələr də aparılacaq. İlk aksiyanın 7 sentyabra təyin edilməsi gözlənilir. İlk vaxtlarda flaşmob aksiyalara daha çox üstünlük veriləcəyi bildirilir».
«AZƏRBAYCAN TƏLƏSMƏLİDİR»
«Azadlıq» qəzeti: Türkiyə sentyabrın sonuna kimi «Şahdəniz» yatağından qaz tranziti ilə bağlı razılığın əldə olunmasını istəyir. Bu barədə Türkiyənin energetika naziri Taner Yıldız «Reuters»ə müsahibəsində bildirib. Söhbət «Şahdəniz»in ikinci mərhələsində ildə Türkiyəyə 6 mlrd. kubmetr qazın nəqlindən və Türkiyə vasitəsilə Avropaya ildə 10 mlrd. kubmetr qazın tranzitindən gedir.
«Mən dostlarımıza tələsməyi tövsiyə etdim. Biz sentyabrın sonuna kimi müqaviləni imzalamaq istəyirik. Türkiyə bu layihəni sürətləndirmək üçün mümkün olan hər şeyi edib», - deyə Yıldız vurğulayıb. O qeyd edib ki, Türkiyədə seçkilərlə əlaqədar danışıqlar dayandırılmışdı və iyulda Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bərpa olunub.
«Şahdəniz»in ehtiyatları 1.2 trln. həcmində dəyərləndirilir. Hasilata 2006-cı ildə başlanılıb. İkinci faza 2017-ci ildə işə salınacaq. Azərbaycan «Şahdəniz» qazının nəqli ilə bağlı 20-dən çox şirkət və konsorsiumla danışıqlar aparır.
XOŞMƏRAMLI MİSSİYA
26 avqust – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür. «Azərbaycan» və «Yeni Azərbaycan» qəzetlərində M.Əliyevanın gördüyü işlərdən bəhs edən məqalələr yer alıb.
«Azərbaycan» qəzetində Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmovun imzası ilə yazı dərc olunub. Məqalədə Heydər Əliyev Fondunun mədəniyyət, təhsil layihələrindən, həmçinin Fondun Moskva filialının işindən bəhs olunur. Həmin filiala prezidentin qızı Leyla Əliyeva rəhbərlik edir. Yazıda M.Əliyevanın qazandığı fəxri adlar və mükafatlar sadalanır: «Azərbaycanın birinci xanımı 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə ISESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə «Qızıl ürək» və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, «Əsrlərin xeyriyyəçiləri» Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə «XXI əsrin böyük qadını» laureatına, 2010-cu ildə isə Fransanın «Fəxri Legion» ordeninə, YUNESKO-nun «Qızıl Motsart» medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülüb».
«Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin fəal deputatı kimi həm də öz seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur. Azərbaycanın birinci xanımı qısa müddətdə deputatı olduğu Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü və dəstəyi ilə yaradılan «Xəzər rayonunun İnkişaf Fondu» Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir».