Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Elnur Astanbəyli: "Mirzə Sakitin indi oxuduğu şeiri Azərbaycan dilinə çox yad görürəm"


"Əvvəla deyim ki, mən Mirzə Sakitin indi oxuduğu şeirin dilini, bugünkü Azərbaycan dilinə çox yad görürəm.

Başa düşürəm ki, bu bir qəzəl üslubunda yazılıb. Amma dilçi olduğuma görə ilk diqqətimi çəkən bu məqam oldu..."


Bu fikirləri “Pen klub” proqramına "Azadlıq" qəzetinin yazarı Elnur Astanbəyli söyləyib. Müzakirədə satiraçı şair Mirzə Sakit və Azərbaycan Yazıçılar Birliyinin sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid (telefonla) də iştirak ediblər.

Mirzə S:

- Azərbaycanda satiranın inkişafı, məmurların və əyrilərin qəzəbindən qaynaqlanır.

O qəzəbi biz həmişə yaşayırıq. Əgər qəzəb varsa, deməli satira da yaşayır. Əgər

Mirzə Sakit:

"20 il hakimiyyətdə olan adam bir tarixdir. əgər 20 il tarix deməkdirsə, biz bu tarixi yaşayırıqsa, adlar da çəkilməlidir. Ezop dilindən çıxırsan adlarla".
qəzəb sönürsə, əyrilər rahat yaşayırsa, deməli satira yoxdur.

Amma satira Azərbaycanda var. Keçmişdə onu yaşadanlar olub.

Bu gün də imkanımız daxilində biz davam etdiririk və gələcək nəsillərə də ötürəcəyik.

Biz satirik yazılarımızla əyri ünsürləri düzəltməyə çalışırıq.

Amma çox təəssüflər olsun ki, bəzən düzəldə də bilmirik.

Çünki əyrilər o qədər əyiliblər ki, onları bir nəsil düzəldib qurtara bilmir. Amma nə qədər ki. cəmiyyət var, satira da olacaq.

Son dövrlərə qədər mənim iki satirik kitabım çıxıb. Onların hamısı tez bir zamanda satılıb qurtarıb. İndi növbədə üç kitabım var, nəşrə hazırdılar.

Bunlar onu göstərir ki, sosial tələblərlə yazılan yazılar cəmiyyət tərəfindən sevilir.
Cəmiyyətin sevgisinə də biganə qalmaq olmur.


Elnur Astanbəyli

Cəmiyyət sevindikcə, yazara daha da yaxınlaşdıqca, yazar özündə daha da məsuliyyət hiss edir. Tələb çox olanda yazı ruhu, ilham pərisi də adamdan əl çəkmir.

Elnur A:

- Əgər məsələyə sırf ədəbiyyat kontekstindən yanaşsaq, mən satirik şeirlə detektiv ədəbiyyat arasında ümumi missiya, ədəbiyyata aidlik baxımından böyük bir fərq görmürəm.

Azərbaycanda satirik ədəbiyyat Sabirin timsalında götürülür. Amma bir şair olaraq Sabirin geniş nəfəsi, üslubu, intonasiyası olub.

Ona görə, bu, Sabiri sadəcə olaraq bir satirik şair kimi təqdim edənlərin Sabirə qarşı haqsızlığıdır. Sabir geniş mənada bir şair idi.

Amma Sabirdən kənarda satirik şeiri tutaq ki, sovet dövründə məsələn Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Hüseyn Arif və digərləri də yazıblar. Amma bunlar çox bayağı görünüb.

Çünki, bir sistemi bütün dəyərləri ilə qəbul edib sonra guya cəsarət nümunəsi göstərərək satirik şeirlə onu tənqid etmək riyakarlıqdır.

Müstəqillik dövrünə gəldikdə, daha çox Baba Pünhanın satirası dəbdə idi və yeni dövrün ustadı kimi qələmə verilirdi.

Amma mən öz aləmimdə bunu ədəbiyyat, ədəbiyyat hadisəsi olaraq qəbul etmirəm. Amma hər kəsin öz vətəndaş mövqeyini ifadə etmək haqqı var.

Və bunu istedadlı, yaxud istedadsız formada nümayiş etdirməyə çalışırsa, bunun özü təqdir olunmalıdır.

İlqar R:

- Bəs Mirzə Sakitin yazdıqları ədəbiyyat hadisəsidir, ya yox?

Elnur A:

- Mən satira janrında yazılan şeirləri, ümumi olaraq, öz baxışlarımla ədəbiyyat hadisəsi kimi qəbul eləmirəm. Məncə bunlar daha çox bir insanın ətrafında baş verənlərə həvəskar münasibətidir.

İlqar R:

- Onda bu fikirlər Sabirin satirik şeirlərinə də aiddir?

Elnur A:

- Yox, Sabirin satirik şeirlərinin çox geniş nəfəsi, üslubu və intonasiyası var. Onun istənilən şeirini 1000 şerin içindən müəyyən edə bilərik. Yəni Sabirin bir dəst-xətti var.

Amma Azərbaycanda Sabiri maarifçi ədəbiyyatın bir barometri kimi götürmək də yanlışdır.

Çünki, ümumiyyətlə, satirik şeirin ruhuna maarifçilik hissi yaddır. Satiriklər qədərindən asılı, “doza”sından asılı olmayaraq nəyəsə etiraz, tənqid, təhqir formasında münasibət bildirməklə məşğul olurlar.

Ədəbiyyatın isə əsas missiyalarından biri maarifçilikdir.

İlqar R:

- Sabirdən sonra Azərbaycanda satirik şeir yaranır, ya yox?

Elnur A:

- Mən Azərbaycanda o cür satirik şeirin yaranmadığını düşünürəm. Baxmayaraq ki, sovet dövründə müəyyən yazıçılar, şairlər var idi ki, bunu müəyyən ədəbiyyat yanğısı ilə edirdilər.

Ədəbi hadisə kimi təqdim edirdilər. Biz kifayət qədər belə əsərlərin adını çəkə bilərik. Amma bu günki dövr haqqında mən bunu deməkdə çətinlik çəkirəm.

Rəşad M:


Rəşad Məcid

- Məncə, satira da ədəbiyyatın bir növüdür. Şübhəsiz ki, istedadla yazılıbsa, o, ədəbiyyat tarixində də qalır, illərdən keçərək yaşayır.

Elə Mirzə Sakitin həmyerlisi Seyid Əzim Şirvaninin böyük satirik əsərləri, həcvləri var.

Ümumiyyətlə Azərbaycanda həcvlərin güclü olduğu bir dövr olub. Mirzə Sakitin də əsərlərində həcvlər daha çoxdur. Və bu baxımdan da onun şeirlərinə fərqli münasibətlər var.

Satirada maarifçilik ideyalarının olmamasına gəlincə, məncə bu da yanlış təsəvvürdür. Məsələn:

Fəhlə, özünü sən də bir insanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan?


Məncə, bunun mahiyyətində çox böyük bir maarifçi ideya dayanır. Sovet dövründə əvvəl “Mola Nəsrəddin”, sonra da “Kirpi” jurnalında xeyli bizim satirik janrda yazanlarımız oldu.

Ən parlaq şairlərdən Rüfət Əhmədzadə. Rüfət Zəbioğlunun adlarını çəkmək olar. Onlar öz dövrlərindəki eybəcərlikləri mümkün dərəcədə ifadə edirdilər.

Həm də bizim böyük şairlərimizdə, klassiklərimizin yaradıcılığında da satirik janrlar olub.

Burada Rəsul Rzanın adı çəkiləndə onun yaramaz adamlar haqqında bir şeiri yadıma düşdü. Son misralarında deyir ki, “Adam var ki, tut qılçından at dalına, ağzı hara düşə düşə”.

Yənu o cür adamlar nə vaxtacan varsa o şeir də aktual olacaq.
Müstəqillik dövründə, hesab edirəm ki, satirik şeirin ən parlaq siması Baba Pünhan olub.

Sevinirəm ki, onun ilk şerlərini həmişə “525”in satirik səhifəsində çap edirdik... Sonra həmin səhifənin hazırlanmasını Baba Pünhana həvalə elədik.

Məsələn, Baba Pünhan “İt günündə” şeirində ölkədə insanların kasıbçılığını çox obrazlı, satirik dildə elə deyirdi ki, insanlar onu bəyənir və sevirdilər.

Əlbəttə ki, satirik şeir tək bir adamın yox. cəmiyyətin problemini ifadə edəndə daha çox rəğbət qazanır.

Amma mətbuata çıxmayan, arada dolaşan həcvlər də olur. Məsələn, bizim istedadlı şair Şamxal Rüstəmin bəzi həmkarlarına, dostlarına yazdığı həcvlər var ki, orada epik məqamlar, vulqarizmlər çoxdur, amma buna baxmayaraq dar dairələrdə rəğbətlə qarşılanıb.

Daha gənc nəsildən isə mən Əvəz Qurbanlının adını çəkə bilərəm ki, onun da çox maraqlı satirik şeirləri var.

Kitabı dərc olunub, müxtəlif müsabiqələrdə, ölkədən kənarda da öz şerləri ilə qalib gəlib. Yəni, məncə, bu ənənə var və davam da edəcək.

Mirzə S:

Çimirik ta ki yuyulmur, niyə ah, kirləşirik
Yeyirik ha ki yedikcə, nə tamahkirləşirik

Təzə gərdənli gəlintək giririk bəy yanına
Elə gərdəkdə də qaldıqca da bakirləşirik

Bir yeyib bir yatırıq, bir dururuq, bir vururuq
Yola çıxdıqca alınmır, qayıdıb birləşirik

Zalımın zülmünü asudə verib peysərə tez
Məzlumun haqqını gördükdə əzazilləşirik

Ağ saraylardakı məmurları heyvan görübən
Biz də şəhvətlə baxıb ah, necə zoofilləşirik

Mirzə yazdıqça düzəlmir bəni adəmlərimiz
YAP-çı deyir xeyri nədir, biz də şəyatinləşirik


İlqar R:

- Elnur bəy, burada Mirzə Sakitin başqa şeirləri də var. Onlarda deputatların, komitə sədrlərinin və digərlərinin adları çəkilir və bu adlar şeri oxutmaqla yanaşı
Mirzə Sakit

kifayət qədər qalmaqal da yaradır...

Mirzə S:

- 20 il hakimiyyətdə olan adam bir tarixdir. əgər 20 il tarix deməkdirsə, biz bu tarixi yaşayırıqsa, adlar da çəkilməlidir. Ezop dilindən çıxırsan adlarla.

Elnur A:

- Əvvəla deyim ki, mən Mirzə Sakitin indi oxuduğu şeirin dilini, bugünkü Azərbaycan dilinə çox yad görürəm. Başa düşürəm ki, bu bir qəzəl üslubunda yazılıb.

Amma dilçi olduğuma görə ilk diqqətimi çəkən bu məqam oldu.

Digər tərəfdən bayaq dediyim fikirlərin bir çoxu bu şeirdə əksini tapdı. Yəni dediyim kimi, satirik şeir insanların ürəyindən tikan çıxarda bilər.

Onları rahat edə bilər. Amma bir az ələ salaraq, kinayə edərək problemləri göstərmək çıxış yolu deyil. Bu bir az ədəbiyyatın gerçək missiyası ilə üst üstə gəlmir.

Məsələn, bir Xeyrəddin Qoca var.

YAP-ın Siyasi Şurasını üzvüdür, səhv etmirəmsə. Felyetonlar yazır. Düzdü, ad çəkmir, ezop dilində yazır, kiminlə savaşdığı bəlli deyil. Amma oxuyanda belə təsəvvür yaranır ki, ölkədə işlər düz getmir.

Amma müsahibələrində ölkənin gülüstan olduğunu, Azərbaycanın analoqu olmadığını deyir. Bu yumşaq desək, şəxsiyyətin ikiləşməsi kimi əcaib bir mənzərədir.

Amma Mirzə Sakitin və digərlərinin yazmasını, adlar çəkməsini mən ədəbiyyatdan kənar təqdirəlayiq hal hesab edirəm.

Bayaqkı şeirin dilinə qayıdıb deyirəm ki, bu, təxminən 19-cu əsrin dilidir. Yəni Sabir özü idi. Sabirdən sonra gələnlərin hamısı Sabiri xatırlatmağa başladı. Hamı satirik seiri sadəcə olaraq etiraz şəkli kimi gördü.

Çox təəssüf ki, bu sahədə Azərbaycanda hamının yeganə ədəbiyyat faktı kimi qəbul etdiyi Sabirdir. Ondan başqa haqqında danışılacaq ikinci bir adam yoxdur. Və bunun özü satirik ədəbiyyatın Azərbaycandakı vəziyyəti haqda çox şey deyir.

İlqar R:

- Rəşad bəy, sizin seirdə adların çəkilməsinə münasibətiniz...

Rəşad M:

- Hesab edirəm ki, Mirzə Sakit istedadlı adamdır. Yazdıqları da istedadlı bir qələmin məhsuludur.



Sadəcə, onun yazdıqlarında ayrı-ayrı şəxslərə yönəlik təhqir elementləri olur. Bu artıq insanların şərəf və ləyaqətinin qorunması baxımından mübahisə doğurur. Mən şəxsən hesab edirəm ki, o cür şəxslərə yönələn həcvlərdənsə,

Mirzə Sakit öz sələflərinə söykənərək ümumi cəmiyyətdə olan problemləri yazıb daha çox uğur qazanardı.

Necə ki, Baba Pünhan bu yolu tutub daha çox populyarlıq qazandı. Konkret şəxslərə yönələn şeir bir-iki adama ləzzət edə bilər. Amma ümumilikdə əks reaksiya doğurur.

Dil məsələsinə gəlincə, bu cür şeirlər əruz vəznində yazıldığı üçün qafiyələnmədə klassik ifadələrin olması təbiidir. Amma sosial şəbəkələrdə lap modern dillə yazılmış həcvlərə də rast gəlirik.

Bu yaxınlarda Əli Əkbərin, bilmirəm hansı vəziyyətdə yazmışdı, amma ənənəvi yox. yeni, modern dildə yazdığı belə bir şeirinə rast gəldim.

Yəni dil məsələsində fərqlilik də ola bilər, ənənəçilik də. Bu baxımdan Xeyrəddin Qocanın da adını çəkmək olar. Onun satirasında müəyyən məqamlar var ki, oxucuları o dərəcədə tutmur, reaksiya doğurmur. Amma fərd olaraq Xeyrəddin Qoca çox az adamlardandır ki, özünə də kinayə edir, satirik yanaşır.

Mənfi xüsusiyyətlərini lətifə vasitəsilə ifadə edir. Məncə, özünə gülmək bacarığı da bir keyfiyyətdir.

Onu da deyim ki, fikrimcə, müstəqillik ərəfəsində və müstəqilliyin ilk dövrlərində satirik janrın ən usta və klassik örnəyi “Çeşmə” qəzeti idi. Orada satirik uslubda çox gözəl nümunələr var idi.

Təəssüf ki, çox hallarda satira gülüş doğurmur. Bunun da ən əsas səbəbi istedad çatışmazlığıdır. İstedadlı yazılmış əsər rəğbət doğurur.

Elnur A:

- Mən istedad faktorunu heç bir halda həlledici saymıram. İstedadlı olmaq heç bir insanın xidməti deyil. Xidməti olmayan bir şeylə də insanın öyünməsi, onu qabartması yaxşı deyil.

İlqar R:

- Mirzə, hamı istedadlıdır deyir, sonra bir "amma" da qoyurlar yanına. Siz istedadınızla öyünürsünüz, ya yox ?

Mirzə S:

- Mən heç nə ilə öyünmürəm. Doğrudan da hələ öyünüləsi bir iş görməmişəm. Sadəcə yazı yazırıq.

Bu gün Azərbaycanda şüşəni qıranın kimliyi bəlli olduğu halda başqasını həbsə atırlar.

Güman edirəm ki, Rəşad Məcid belə şeylərə biganə deyil. Amma istərdim ki, bir azərbaycanlı, ədib, bir qəzetin baş redaktoru kimi ezop dilində də olmasa, elə belə, əlini ağzına tutub desin ki, Azərbaycanda allahsızlıq baş alıb gedir. Axı bütün bu gördüklərimizi edənlərin adlarını mən necə deməyim..!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG