Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 13:19

Davutoğlu dondurulmuş Liviya pulları ilə bağlı BMT-ni təcili addımlara çağırır


Türkiyənin xarici işlər naziri Davutoğlu bildirib ki, BMT Qərb banklarında hesablarda dondurulmuş Liviya pulları ilə bağlı təcili addımlar atmalıdır.
Davutoğlunun sözlərinə görə bu pullar Liviyanın Milli Keçid Şurasına ölkəni sabitləşdirmək üçün lazımdır.

Davutoğlu bu sözləri İstanbulda Liviya üzrə Təmas Qrupunun toplantısı başlananda deyib.

Liviya üsyançıları dondurulmuş pullardan ən azı 5 milyard dollarına təcili ehtiyacları olduğunu deyirlər.

İtaliya bu gün bildirib ki, Qaddafi hökumətinin İtaliya banklarında olan 505 milyon avrosundan 350 milyon avrosunu azad edə bilər.
XS
SM
MD
LG