Keçid linkləri

2026, 18 May, bazar ertəsi, Bakı vaxtı 16:14

Rusiyanın kosmik yük gəmisi qəzaya uğrayıb

“Proqress” kosmik yük gəmisinin qırıntıları Altay respublikasının Çoysk rayonunda əhali olmayan düzənliyə düşüb.

Regional polis İtki və ya dağıntı olmadığını xəbər verir.

Gəmi çərşənbə günü Baykanur kosmodromundan buraxılıb.

Amma mühərrik sıradan çıxdığına görə gəmi orbitə girə bilməyib.

Bu son 30 ildə “Proqressin” ilk uğursuz uçuşudu.

Gəmi beynəlxalq kosmik stansiyaya 3 ton yarımdan çox yük aparırmış.

Hazırda stansiyada 6 nəfərlik beynəlxalq heyət var.
This item is part of
XS
SM
MD
LG