Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Əfqanıstanın millət vəkilləri mandatı ləğv edilmiş həmkarlarını müdafiə ediblər


Əfqanıstan parlamentinin 100-ə yaxın üzvü 9 deputatın mandatdan məhrum edilməsilə bağlı müstəqil seçki komissiyasının qərarının əleyhinə səs verib.

Komissiya ötən bazar günü bu deputatların seçildiyi dairədə qanun pozuntularına yol verildiyini əsas gətirərək onların mandatını ləğv edib.

Prezident Həmid Kərzainin təşəbbüsüylə yaradılmış xüsusi məhkəmə isə bundan əvvəl 62 deputatın mandatdan məhrum edilməsi barədə qərar çıxarıb.

Deputatlar xüsusi məhkəməni parlamenti Kərzainin tənqidçilərindən təmizləməyə cəhddə günahlandırırlar.
XS
SM
MD
LG