Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

İctimai palata kütləvi aksiyaları müzakirə edəcək


Arxiv: İctimai Palatanın toplantısı
Arxiv: İctimai Palatanın toplantısı
Avqustun 24-də İctimai Palatanın Koordinasiya Şurası “Demokratiyaya yumşaq keçid – Yol Xəritəsi”nin son variantını təsdiqləyib.

Yol Xəritəsi yeni variantda avqustun 27-də, şənbə günü İctimai Palatanın sessiyasında müzakirə ediləcək.

Bu haqda qərar Koordinasiya Şurasının son iclasında verilib. İclasa sədrlik edən Vidadi Mirkamal AzadlıqRadiosuna deyib ki, sənəd avqustun 25-də “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində dərc olunacaq.

İctimai Palatanın sessiyasında Yol Xəritəsi ilə yanaşı kütləvi aksiyaların keçirilməsi, ölkədəki vəziyyət və başqa məsələlər müzakirə ediləcək.
XS
SM
MD
LG