Keçid linkləri

2026, 14 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 10:17

Gaddafi ya şəhid, ya da qalib olacağını deyir

Liviya lideri Muammar Qaddafi ya şəhid, yada ki qalib olacağını bildirib.

Qaddafi yerli televiziya ilə yayılmış müraciətində tərəfdarlarını üsyançıları Tripolidən çıxarmağa çağırıb.

O həmçinin Tripolidəki iqamətgahı və şəhərin əksər rayonlarından çəkilmələrini taktiki gediş adlandırıb.

Liviya üsyançıları bazar ertəsinə keçən gecə paytaxt Tripoliyə giriblər.

Üsyançıların yaratdığı ötəri milli şura artıq yaxın vaxtlarda Benqazidəki qərərgahını Tripoliyə köçürmək fikrindədir.
This item is part of
XS
SM
MD
LG