Havaların nisbətən sərinləməsi Balakəndə dağ mövsümünün sonu deməkdir. Cökə ağacının çiçəkləməyə başladığı müddətdə dağa qaldırılan arı ailələri avqustun əvvəlində kəndə qaytarılır...
ARILARIN KÖÇÜRÜLMƏSİ...
Gündüzlər arı fəaliyyətdə olduğundan köçürülmə gecə olur. Yeşiklər kəmərlə sıxıldıqdan sonra maşınlara yüklənir. Dağ yolları daş-kəsəklə dolu olduğundan yol təxminən bir saat çəkir. Kəndə gətirilən arı ailələri payızı, qışı və yazı orada keçirirlər...
ARIÇI MUSA DAYI
Uşaqlıqdan arıçılıqla məşğul olan Balakən rayon sakini Musa Dibirov əvvəllər 15-20 arı ailəsi saxlayıb. Təqaüdə çıxdıqdan sonra isə ailə sayını 70-ə çatdırıb. Hər il həm yemək, həm də satmaq üçün kifayət qədər bal əldə edən Musa dayı deyir ki, builki məhsul ancaq yeməyə çatacaq. Çünki arıları bu il dağa gec aparmalı olublar:
ARILARA YASAQ...
«Birinci katibə deyirdik ki, filan yerdə arı yaxşı işləyər, amma ora yol yoxdur, onlar açdırardılar. 15-20 arıçı aparıb arılarımızı qoyardıq. İndi iş o yerə çatıb ki, deyir bura qadağandır. Televizora baxıram arıçılıqdan danışanda deyirlər ki, arıçılıqdan gözəl şey yoxdur. Mən sual vermək istəyirəm - bəs necə olur ki, bu qədər xeyirli həşəratı dağa buraxmırlar? Burda bir var Katex zonası, bir də var Siltik sahəsi. Deyirlər arıları bu iki yerə buraxmaq olmaz . O qədər dava-şava elədik, 14 gün 20-30 adam getdik icra hakiminin yanına. Bu minvalla biz arını 15 gün gec apardıq».
İyulda Ekologiya və Təbi Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə baxış keçiriblər, deyiblər ki, arıçıları Siltik və Katex ərazisinə buraxmaq olmaz. Halbuki, arıçılar 20 ildir məhz həmin ərazilərdən istifadə edirlər. Yasağa səbəb kimi isə oranın qoruq ərazisi sayılması göstərilib. Nazirliyin arıçılara təklif etdiyi yeni ərazinin isə deyilənə görə, yolu olmayıb.
Musa Dibirov:
«TƏZƏDƏN PUL VERİB, TRAKTOR TAPIB BIRTƏHƏR YOLU DÜZƏLTDİK»
«Dedilər qoyuruq, get başqa meşəyə qoy. Biz də dedik yolu açın, gedək. O mənə dedi ki, yox hələ gəlib sənə bal da süzüb verəcəyik. Başqa yerə getdik, təzədən pul verib, traktor tapıb birtəhər yolu düzəltdik».
Musa dayı balın kilosunu 12 manata satır. Ucuz satanda alıcıların təmiz bal olduğuna şübhə etdiklərini deyən arıçı bütün testlərə, laboratoriyalara açıqdır.
«MƏNİM BALIM ARI BALIDIR, ADAM BALI DEYİL»
«Mənim balım arı balıdır, adam balı deyil. Yaxşı arının yaxşı qoşunu olmalıdır. Qoşun üçün arı arana, dağa, yaylağa getməlidir, gəzməlidir. Məsələn, aprelin axırında arını aran yerə aparırsan, çiçək vaxtında - mayın 3-5-i arasında akasiya açılır, gətirirsən bura-dağ ətəyinə. Sonra iyunun 10-a kimi dağ ətəyində qalandan sonra aparırsan dağa. Cökə çiçəkləyir orada. Arı işləyir, əsas məhsul da onda yaxşı olur. Yaxşı mövsümdə bir ailədə 70 min arı olmalıdır. 70 min arı varsa, bir arı ailəsi 20-25 kilo bal verəcək».
Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev deyir ki, bütün qoruqlar bal yığımı mövsümündə arı ailələrinə açıq olmalıdır:
«ƏGƏR KÖÇÜRMƏ OLMAZSA...»
«Bunu mən ekologiya nazirliyi ilə müzakirə etmişəm, amma onlar öz bildiklərindədir. Çünki onlar yanğınlara görə narahat olub, buraxmırlar. Ta qədimdən Balakən, Zaqatala istiqamətində köçürmə olub. Onun da qarşısını alırlarsa, arıçılara ziyan vururlar. Keçən il bu məsələni çətinliklə həll edə bildik, bu il isə bəzi yerlərdə buraxıblar, bəzi yerlərdə yox. Köçürmə olmazsa, arıçı il ərzində nəzərdə tutduğu məhsulun yarısını götürə bilir. Çünki o zona dağ arıçılığıdır...».
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Hikmət Əlizadə isə deyir ki, qoruq nadir təbiət obyekti olduğundan arıçıların ora buraxılması mümkün deyil:
«BİZ ONLARA QORUQ ƏRAZİSİNDƏ ALTERNATİV ƏRAZİ VERMİŞİK»
«Həmin zona heyvanların balalama, miqrasiya etdiyi yerdir. Biz onlara qoruqda alternativ ərazi vermişik, heç kim kənarda qalmayıb. 2009-cu ildən Balakənin bəzi ərazisinə qoruq statusu verilib. Ərazidə zonalaşma gedir. Qoruğun nüvə zonasına hər bir kəsin girişi qadağandır. Biz arını niyə buraxmalıyıq ki ora?...».
Bu mövsüm arılar sevimli cökə çiçəklərinə gec qovuşduqlarından sahiblərinə verdikləri məhsul da az olub. Musa dayı deyir ki, bu dəfə süzülən bal ancaq yeməyə çatıb. O ümid edir ki, heç olmasa gələn il min bir əziyyətlə saxlayıb, çoxaltdığı arıları ona təkcə yeməyə yox, dolanmağa da kömək edəcək.