Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:48

2 aprel məhbuslarından altısına hökm oxuna bilər

Avqustun 24-də Səbayel Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqi zamanı həbs olunan 6 nəfər barəsidə hökm çıxarıla bilər, müttəhimlər son sözlərini deyəcəklər. Ötən prosesdə dövlət ittihamçısı müttəhimlər haqqında cəza istəyib.

Sahib Kərimov və Arif Alışlının 4 il 6 ay, Zülfüqar Eyvazlı və Elnur Usrafilovun 4 il, Elşən Həsənov və Babək Həsənovun 3 il, azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də ittiham olunur.

Müttəhimlər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
This item is part of
XS
SM
MD
LG