Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

Suriyanın Homs şəhərində daha 7 nümayişçi öldürülüb


Suriyanın Homs şəhərində baş vermiş toqquşmalarda daha 7 nümayişçi öldürülüb.

Bu barədə yerli hüquq müdafiəçisi xəbər verir.

Bu BMT-nin xüsusi komissiyasının şəhəri tərk etməsindən dərhal sonra baş verib.

BMT-nin insan haqları şurası Suriyada insan haqlarının pozulması hallarını araşdırmaq üçün xüsusi komissiya yaratmağa çağırıb.

Birləşmiş Ştatların bu ölkədəki səfiri Robert Ford isə çərşənbə axşamı Cassem şəhərinə baş çəkib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 2 minə yaxın adamın öldürüldüyünü deyirlər.

Birləşmiş Ştatlarla Avropa Birliyi Suriyaya qarşı sanksiyalar tətbiq ediblər.
XS
SM
MD
LG