Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:54

Angela Merkel Belqrada gedib

Serbiyanın Avropa Birliyinə qoşulmasında uğur birbaşa onun Kosovoyla münasibətləri normallaşdırmasından aslıdır.

Bunu Almaniyanın kansleri Angela Merkel Belqrada səfəri zamanı deyib.

Merkel Serbiyanı birbaşa Kosovonun müstəqilliyini tanımağa çağırmasa da bildirib ki, münasibətlərin normallaşmasıyla bağlı danışıqlar konkret nəticələr verməlidir.

Angela Merkel xüsusilə qeyd edib ki, Kosovo serblərinin paralel yaratdığı hakimiyyət qurumu ləğv edilməlidir.

Serbiya prezidenti Boris Tadiç Merkellə görüşdən sonra deyib ki, Belqrad kompramisə getməyə hazırdır, amma Kosovonu tanımaq fikrində deyil.
This item is part of
XS
SM
MD
LG