Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

BMT Suriyayla bağlı xüsusi komissiya yaratmağa çağırıb


BMT-nin insan haqları şurası Suriyada insan haqlarının pozulmasını araşdırmaq üçün xüsusi komissiya yaratmağa çağırıb.

Şuranın qəbul etdiyi qətnamədə Suriya hakimiyyətinin dinc nümayişçilərə qarşı güc tətbiq etməsi ittiham olunur, beynəlxalq komissiya ilə əməkdaşlığa çağırılır.

Səsvermə zamanı 33 dövlət qətnamənin lehinə, 4 ölkə isə əleyhinə səs verib.
9 ölkə isə bitərəf qalıb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 2 minə yaxın adamın öldürüldüyünü deyirlər.

Birləşmiş Ştatlarla Avropa Birliyi Suriyaya qarşı sanksiyalar tətbiq ediblər.
XS
SM
MD
LG