Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:54

Kabildə etiraz aksiyası keçirilib

700-ə yaxın əfqan avqustun 23-də Kabildə etiraz aksiyası keçirib, seçki komissiyasının qərarı ilə səsləri saxtalaşdırma iddiasına görə 9 deputatın parlamentdən uzaqlaşdırılmasına narazılıq ediblər.

Nümayişçilər BMT-nin Əfqanıstandakı missiyasını müdaxilədə ittiham ediblər.

BMT missiyası Müstəqil Seçki Komissiyasının 9 deputatı uzaqlaşdırmaq qərarını alqışlayıb və sentyabrda keçirilən son parlament seçkisindən sonra “çıxılmaz vəziyyətin” başa çatdığını bildirib.

Sentyabr seçkilərindən sonra xüsusi seçki məhkəməsi parlamentin aşağı palatasında təmsil olunan deputatların dörddə birinin – 62-nin kənarlaşdırılmalı olduğuna qərar verib. Hərçənd Müstəqil Seşki Komissiyasının son qərarı fərqli olub.
This item is part of
XS
SM
MD
LG