Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:19

BVF-nin keçmiş icraçı direktorunun üzərindən ittiham götürülə bilər


Beynəlxalq Valyuta Fondunun keçmiş icraçı direktoru Dominique Strauss Kahnın üzərindən seksual təcavüz ittihamları götürülə bilər. Bu barədə bazar ertəsi Mahetton rayon prokuroru ilə görüşən vəkil Kenneth Thompson deyib. Vəkil prokuroru “seksual təcavüz ittihamı ilə təqsirləndirilən” Strauss Kahnın ədalət hüququnu tanımamaqda günahlandırır.

Dominique Strauss-kahn Nyu-Yorkdakı hotellərdən birində çalışan xidmətçini zorlamağa cəhddə ittiham olunur. Ancaq istintaq zamanı xidmətçinin ifadəsi ilə bağlı bəzi şübhələr yaranıb.

Strauss-kahn bu ittihama görə, Beynəlxalq Valyuta Fondunun icraçı direktorluğundan istefa verməli və 2012-ci ildə Fransada keçiriləcək prezident seçkisində iştirakdan imtina etməli olub.
XS
SM
MD
LG