Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Liviya - «Su pərisi»nin sonu…


Muammar Qaddafi. 4 Avqust 1975-ci il
Muammar Qaddafi. 4 Avqust 1975-ci il
«İşdən sonra» proqramında ekspertlər Gültəkin Hacıbəyli, Vəfa Quluzadə və Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Liviyada baş verən son proseslər barədə danışıblar. Verilişdən bəzi məqamları nəzərinizə çatdırırıq.

- 2000-ci il noyabrın 20-də Azərbaycan prezidentinin prezident sarayında Liviya cəmahiriyyəsinin nümayəndə heyəti ilə görüşündəki dialoqda diplomatik protokoldan çox-çox kənara çıxılır. Yəni nümayəndə heyətinin rəhbəri söhbətə-sizin qardaşınız Qaddafi sizi Liviyaya dəvət edir- cümləsi ilə başlayır. Bunun ardınca isə Heydər Əliyev Müəmmər Qəddafinin ünvanına qardaşım söyləyir. Hər iki tərəf bir-birinə çox gözəl sözlər söyləyirlər...

Ağasəlim Şükürov:

- Sovetlər Birliyi dövründə “yoldaş” müraciət forması olduğu kimi, Liviyadakı Cəmahiriyyə sistemində isə hamının bir-birinə müraciət forması “qardaş” idi. “Əx”deyirdilər. Onların müraciət forması budur. Muammar Qaddafi münsaibəti normal olan dövlətlərin hər hansı birinin başçısına məktub yazdıqda hamısına “Qardaş” müraciəti edirdi. Yəni Liviyada müraciət forması “Qardaş” deməkdir. O səbəbdən Liviyanın hər hansı bir nümayəndə heyəti həm Qaddafinin adından, həm öz adlarından müraciətə “Qardaş”- sözü ilə başlayırdı. Hətta məktubları qaldırsanız bunun şahidi olarsınız.

- Amma orada Heydər Əliyev xatırlayır ki, hələ Moskvada çalışdığı vaxtlarda Qaddafi ilə görüşüb və bu görüşü gözəl xatirələrlə xatırlayır. Heydər Əliyevin Qaddafi ilə münasibətləri tarixçəsi barədə bir şey bilirsinizmi?

Ağasəlim Şükürov :

- Heydər Əliyev Sovetlər Birliyi dövründə Moskvada çalışanda Sovetlər Birliyi həmin zamanlar Liviya Cəmahiriyyəsinə çox böyük dəstək verirdilər. Ümumiyyətlə həmin dövrdə Liviya ilə Sovet İttifaqı arasında olan ticarət dövriyyəsinə nəzər salsaq orada çox böyük müsbət saldo var idi. O səbəbdən ki, Sovetlər Birliyi həmin dövrdə Liviyaya külli miqdarda müxtəlif növ silahlar satırdı. Liviyaya birinci dəstək verən Sovetlər Birliyi idi. Bu konteksdən irəli gələrək, Sovetlər Birliyi dövrünün yüksək rütbəli məmurları Liviya nümayəndə heyətinin başçıları ilə, o cümlədən Liviyanın başçısı ilə çox isti münasibət göstərməyə məcbur idilər. Bu dövlətin siyasətindən irəli gəlirdi. İkincisi, Azərbaycan- Liviya münasibətlərinə gəldikdə bizim bütün beynəlxalq forumlarda bu günə qədər Liviya Azərbaycanın bütün mövqelərini həmişə dəstək verib. Bunun özü bizim üçün böyük rol oynayırdı. Yəni biz Liviya ilə normal münasibətlər qurmuşduq və çalışırdıq. O ki qaldı Liviyada olan rejimə, hakimiyyətə, biz onların daxili işlərinə müdaxilə etmirik. Bizim Liviya ilə bu günə qədər iqtisadi maraqlardan irəli gələn münasibətlərimiz olub. Siyasi tərəflərdə isə beynəlxalq siyasət elə bir şeydir ki, hər şey adekvat olur. Liviya bizə dəstək verdiyi üçün biz də Liviyanı İslam Konfransı Təşkilatında və ya BMT-də bizə müraciət olunduğu təqdirdə onlara dəstək verirdik.

Vəfa Quluzadə
Vəfa Quluzadə:

- Mən Müəmmər Qəddafini hələ 70-ci illərdən tanıyırdım.

- Sizə də qardaşım deyirdimi?

Vəfa Quluzadə:

- Heç vaxt, yox. Jak Şirak da Heydər Əliyevə qardaşım, əziz dostum başlıqlı məktublar yazırdı. Amma əslində Fransa həmişə Ermənistanı dəstəkləyirdi, ermənilərin tərəfində idi, indi də yenə də həmin mövqedən çıxış edirdi. Ona görə bu siyasi leksikondakı “qardaşım, sevgilim” kəlmələri boş-boş şeylərdir. Bu cür şeylərə fikir vermək lazım deyil. Bunların qiyməti bir qəpikdən də azdır.

Gültəkin Hacıbəyli:

- 6 aydan bəri azadlıq mücadiləsi aparan, itkilər verən, evləri dağıdılan, şəhərləri, kəndləri xarabazarlığa çevrilən Liviya xalqının əvəzinə sevinc hissləri yaşayıram. 42 ildən sonra nəhayət ki, Liviya xalqı öz azadlığına qovuşdu. Bunu təsəvvür etmək çətindir. Bu gün Qaddafi dövründə anadan olan insanların 42 yaşı var. Bu gün Qaddafi dövründə gəncliyini yaşayan insanlar nənə-babadırlar. Lakin bu 42 il onlar Qaddafi zülmünə dözməli olublar. Mən birmənalı olaraq düşünürəm ki, bu gün Liviyada axıdılan qanların məsuliyyəti təkcə manyak olan, xəstə olan, ruhi xəstə olan Müəmmər Qəddafinin üzərində deyil və eyni zamanda bu manyakın hərəkətlərinə və davranışına göz yuman dünyanın vicdanındadır.
XS
SM
MD
LG