6 ildən artıq məhbus həyatı yaşayan "Yeni Fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirli vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdi.
HAKİM VƏ PROKURORUN BİRLİKDƏ GƏZMƏSİ NƏYİN ƏLAMƏTİDİR?
Ancaq o, cəzasının qalan 11 ayını da həbsxana divarları arasında keçirməli olacaq. Avqustun 22-də məhkəmə belə qərar qəbul edib. Məhkəmə iclası R.Bəşirlinin cəza çəkdiyi 1 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Onun ərizəsinə baxan Nizami rayon Məhkəməsinin hakimi Azər İsmayılov Ruslan Bəşirlinin həbsdən buraxılma haqqında xahişini təmin etməyib.
Məhkəmə prosesi saat 17-də başladı və qapalı keçirildi. Hakim və dövlət ittihamçısı Bəşir Cəfərov müəssisənin qarşısında eyni avtomobildən düşəndə ora yığışan cəbhəçilər artıq məhkəmənin sonunu proqnozlaşdırmışdılar. “Birlikdə gəliblərsə, demək Ruslan həbsdə qaldı”.
1 SAAT 45 DƏQİQƏ SONRA
Təqribən 1 saat 45 dəqiqədən sonra Ruslan Bəşirlinin vəkili Tahir Xanəliyev müəssisənin qapısından çıxdı və ilk sözü bu oldu: “Təmin olunmadı”.
- Hakim qərarı necə əsaslandırdı?
- Məhkəmə prosesində heç bir hüquqi əsas göstərə bilmədilər. İstinad etdikləri isə cəzaçəkmə müəssisəsinin yazdığı mülahizə oldu. Bu mülahizə də subyektiv fikirlərə söykənirdi. Müəssisə nümayəndəsi Ruslan Bəşirli barədə 2007-ci ildə tətbiq edilən tənbeh tədbirlərini əsas gətirdi. Halbuki qanunvericiliyə əsasən, son 1 il müddətində dustaq barəsində tənbeh tədbiri tətbiq edilmirsə, əvvəlki tənbeh tədbirləri qüvvəsini itirmiş hesab olunur.
TƏQSİRİNİ ETİRAF ETMƏDİYİNƏ GÖRƏ...
Vəkil dedi ki, 2007-ci ildən 2011-ci ilə qədər Ruslan Bəşirli barəsində heç bir tənbeh tədbiri olmayıb. Üstəlik, ötən ilin oktyabr ayında Prezident Yanında Əfv Komissiyasına Ruslan Bəşirli ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən göndərilən xasiyyətnamədə də o, müsbət xarakterizə olunub.
Cəzaçəkmə müəssisəsinin nümayəndəsinin Ruslan Bəşirlinin həbsdə qalması üçün məhkəmə qarşısında səsləndirdiyi ikinci səbəb isə bu olub ki, Ruslan Bəşirli təqsirini etiraf etmir.
Vəkildən iclasının gedişi haqda qısa məlumat verməyini xahiş edirik. Danışır
- Ruslan Bəşirli deyib ki: “11 aydan sonra həbsim başa çatır, tutaq ki, mən 11 aydan sonra da təqsirsiz olduğumu deyəcəyəm. Onda necə olacaq, həbs müddətim başa çatmasına baxmayaraq məni burda saxlayacaqsınız?”
Prokuror Cəfər Bəşirov öz çıxışında cəzaçəkmə müəssisəsinin nümayəndəsinin dediklərinə əsaslanaraq hakimdən xahiş edib ki, Ruslan Bəşirlinin ərizəsi təmin olunmasın. Müşavirəyə gedən hakim bir neçə dəqiqədən sonra geri qayıdaraq ərizənin təmin olunmadığını elan edib.
“SİYASİ HAKİMİYYƏT İRADƏSİNİ NÜMAYİŞ ETDİRİR”
Vəkil Tahir Xanəliyev hesab edir ki, Ruslan Bəşirlinin sonadək həbsdə saxlanması ilə siyasi hakimiyyət öz iradəsini nümayiş etdirir.
- Məhkəmənin əlində qərar çap edilmiş formada, yəni əvvəlcədən hazır vəziyyətdə idi. Burdan da belə görünür ki, hakim məhkəmə prosesinə artıq qəbul edilmiş qərarla gəlmişdi.
Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini deyir.
Bundan əvvəl proses avqustun 19-da Nizami rayon məhkəməsində hakim Rəfael Əliyevin sədrliyi ilə keçirilməli olsa da, son anda ərizəyə 1 saylı cəzaçəkmə müəssisəsində baxılacağı deyilmişdi. Həmin gün isə proses təxirə salınmışdı. Bu günsə məlum olmuşdu ki, iş üzrə hakim də dəyişib və ərizə həmin məhkəməbib başqa hakimi Azər İsmayılovun icraratına verilib.
Ruslan Bəşirli hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirləndirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2005-ci ildə 7 il azadlıqdan məhrum edilib. Bir sıra hüquq müdafiəçiləri isə onun siyasi mənsubiyyətinə görə və saxta ittihamlar əsasında həbs olunduğunu bəyan edirlər.