Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:57

Liviyanın Bakı səfirliyində olan bayrağı endirilib (VİDEO)


Qaddafi hakimiyyəti Bakıda da devirildi
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00
Direct-ə keçid

Avqustun 22-də günortadan sonra Liviyanın Azərbaycandakı səfirliyindəki yaşıl bayraq endirildi. Amma günün birinci yarısı həmin bayraq səfirliyin üzərəndə dalğalanırdı

Avqustun 22-si günorta saatlarında Liviyanın Azərbaycandakı səfirliyində bu ölkənin bayrağı endirilib.

AzadlıqRadiosdunun əməkdaşları bayrağın endirlməsini müşahidə etsələr də bunun hansı səbəbdən baş verdiyinə səfirlikdən hər hansı münasibət öyrənmək mümkün olmayıb.

Səfirliyi mühafizə edən polisindən bunun Liviyadakı hadisələrlə bağlı ola bilcəyinin ehtimal ediblər.

«Azərbaycan səfirliyi Liviyanın yeni hökuməti ilə münasibətlərin qurulmasına çalışacaq».

Bu fikirləri Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov AzadlıqRadiosina müsahibəsində deyib.

Səfirlik əməkdaşlarının təhlükəsisliyi ilə bağlı məsələyə gəlincə, Ağasəlim Şükürov deyib ki, avqustun əvvəllərindən o və bütün səfirlik əməkdaşları Azərbaycanda məzuniyyətdədirlər.

Səfirin deməsinə görə, onlar 6-7 ay ərzində Liviya şirkətləri ilə Azərbaycan şirkətləri arasında iqtisadi sahədə əməkldaşlıq yaradılması ilə bağlı danışıqlar aparıblar. Amma məlum hadisələrdən sonra danışıqlar dayandırılıb:

«Amma biz bundan sonra çalışacıyıq ki, münasibətləri yenidən bərpa edək»-deyə səfir bildirib.
XS
SM
MD
LG