Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:52

BMT-də Suriya ilə bağlı fövqəladə iclas çağırılıb



BMT-nin İnsan Haqları Şurası Suriyada vəziyyətin müzakirəsi üçün avqustun 22-də fövqəladə toplantı keçirəcək. İclasda Şuranın üzvü olan 20-dən çox ölkənin - o cümlədən, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Qatarın nümayəndələri çağırıblar. Toplantıya Suriyada insan haqlarının pozulmasına dair iddiaların hərtərfli araşdırılmasına dair qətnamə layihəsi müzakirə edilir.

Amma hələlik mikrofonlarda texniki problemlərə görə iclasın başlaması ləngiyir.
İnsan haqları fəalları bu ilin əvvəlindən bə Suriyada Bashar Assadın hakimiyyəti əleyhinə etiraz aksiyalarında 2000 nəfərə yaxın adamın qətlə yetirildiyini bildirirlər. BMT hökumətin addımlarının insanlıq əleyhinə olub-olmamasını araşdırmaq qərarına gəlib. Bunun üçün Dəməşqə BMT-nin xüsusi missiyası göndərilib.

ABŞ və Qərb ölkələrinin lideri Bashar Assadı hakimiyyətdən getməyə çağırıblar. Suriya prezidenti isə ötən bazar həmin çağırışlardan imtina etdiyini bildirib.
XS
SM
MD
LG