Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 19:58

Bakıda Nəriman Nərimanovun heykəlinin yanında partlayıcı qurğu aşkarlanıb

Bu barədə «APA»ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Nəriman Nərimanovun heykəlinin arxasında qazıntı işləri aparılarkən döyüş sursatının aşkarlanması barədə polisə məlumat daxil olub. Hadisə yerinə əməliyyat qrupu çıxıb və Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatlandırılıb.

FHN mütəxəssisləri hadisə yerinə baxış keçiriblər. Aşkarlanan sursatın döyüş başlığı olan istifadəyə yararsız, 100 mm tank mərmisi olduğu müəyyən edilib. Mərmi ərazidən götürülüb.
This item is part of
XS
SM
MD
LG