Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:06

2 aprelçilərin məhkəməsi: Vəkil məhkəmə protokollarına inanmır


Foto: Arxiv
Foto: Arxiv
Avqustun 22-də Nəsimi rayon Məhkəməsində 2 aprel məhbuslarından Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi QuliyevRüfət Hacıbəylinin məhkəmə prosesi davam edib.

Vəkil Elçin Namazov proses başlayan kimi bir neçə vəsatət qaldırıb. O, hər prosesdən sonra məhkəmə protokollarının surətinin vəkillərə verilməsini, protokolların məhkəmə katibi tərəfindən yazılmasını təsdiqləmək üçün ekspertiza keçirilməsini istəyib.

Amma vəkilin bu vəsatəti təmin edilməyib. Hakim bildirib ki, protokollar məhkəmə prosesi tam başa çatandan üç gün sonra verilə bilər. O ki qaldı əlyazmaların məhkəmə katibinə məxsus olub-olmamasına, hakim deyib ki, buna heç kəsin şübhəsi olmasın.

Vəkilin digər bir vəsatəti Rüfət Hacıbəylinin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı olub. Elçin Namazov deyib ki, məhkəmə dindirmələri zamanı heç kim Rüfət Hacıbəylinin ziyan vurmasından şikayətçi olmayıb. Bu səbəbdən də onun həbsi ev dustaqlığı ilə əvəzlənməlidir.

Bu vəsatətlə bağlı məhkəmə müşavirəyə gedib. Proses davam edir.
XS
SM
MD
LG