Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 07:37

Hindistandakı qəzada 40 nəfər ölüb


Hindistanın şimalındakı Uttar Pradesh ştatında baş verən avtomobil qəzasında azı 40 nəfər həlak olub.

Yük maşını yoldan çıxaraq gölə düşüb. Həmin maşında olan 60 nəfər ziyarətgaha gedirmiş. Qəza zamanı maşında olan 60 nəfərdən 40 nəfər ölüb, 12 nəfər yaralanıb.

Polisin məlumatına görə, hər il Hindistanda baş verən qəzalar nəticəsində 110 mindən artıq adam ölür. Bu, dünyada ən böyük göstəricidir.
XS
SM
MD
LG