Keçid linkləri

2026, 21 Mart, şənbə, Bakı vaxtı 18:49

Abbas Abdulla. Çəmənlərin nəğməsi

Baharda göyəririk...
Dünyaya sıravi əsgər kimi gəlirik –
ayaq üstə - əmrə müntəzir.
Üstümüzdən mart küləyi əsir,
qoşun-qoşun səpilirik düzlərə,
sığınırıq anamız Yerə.
Göylər pay alır göylüyümüzü,
Bəlkə də yaşayardıq bütün ömrümüzü,
göylərə boy atardıq,
sürülər, naxırlar olmasaydı,
Birinci paxıllar olmasaydı...

1969
XS
SM
MD
LG