Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:09

İsrailin cənubu yenidən raket atəşinə tutulub


İsrailin cənub rayonları bazar günü sübh tezdən yenidən raket atəşinə tutulub.

Qəzzə bölməsindən İsrailə 20-ə yaxın raket atılıb.

İtki və ya xəsarət alanlar barədə məlumat verilmir.

Fələstin tərəfinin məlumatına görə, İsrail hərbçiləri bazar günü Həmas qrupunun 100-dən çox üzvünü həbs ediblər.

Cümə axşamı fələstin yaraqlılarının İsrail vətəndaşlarına hücumundan sonra bölgədə vəziyyət yenidən gərginləşib.

İsrail hərbçilərinin Misirlə sərhəd bölgəsində yaraqlılara qarşı keçirdiyi əməliyyat zamanı bir neçə Misir polisi səhvən öldürülüb.

Hazırda İsrailin Qahirədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilir.

İsrail hökuməti bu insidentə görə üzr istəsə də Misir hakimiyyəti bunu kifayyət saymır.
XS
SM
MD
LG