Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:23

Müxalifət Liviyanın paytaxtına hücuma keçib


Müxalifətin əsgərləri Zawiyah şəhərində, paytaxt Tripolini göstərən yol nişanının yanında, 14 avqust 2011
Müxalifətin əsgərləri Zawiyah şəhərində, paytaxt Tripolini göstərən yol nişanının yanında, 14 avqust 2011

Liviya üsyançıları bir həftəlik mühasirədən sonra, avqustun 20-də ölkənin şərqindəki liman şəhəri olan Brqanı və bu şəhərdə olan ölkənin ən böyük neft terminallarını ələ keçirdiklərini elan etdilər. Zawiyah və Zlitan şəhərlərini ələ keçirən müxalifət Tripoli üzərinə hücuma keçib.

Xəbər agentlikləri Liviya paytaxtında intensiv atışma və partlayışlar haqda xəbər verirlər.

Tripolidə olan Qərb jurnalıistləri sosial şəbəkələrdə yazırlar ki, Liviya paytaxtında davamsız atəş səsləri eşidiılməkdədir.

Qaddafi hakimiyyətinin rəsmisi mətbuat konfrası keçirərək bu xəbərləri təkzib edib, Tripolinin tamamilə onların nəzarəti altında olduğunu deyib.

Müxalifətin qərarlaşdığı Benghazidə minlərlə adam küçələrə çıxaraq şadyanaqlıq edir, Qaddafi rejiminin çökdüyünü bayram bildirilər.

AzadlıqRadiosu hadisələri izləyir. Xəbərlər daxil olduqca saytda yerləşdiriləcək. Bizi izləməyi unutmayın.

(Aşağıdakı mətn Tripoli üzərinə hücum xəbərindən əvvəl hazırlanıb)

Zawiyah və Zlitan şəhərlərinin müxalifətin əlinə keçməsi Liviya lideri Muammar Qaddafinin nəzarətində olan paytaxt Tripolinin bütün təchizatını kəsir. Amma Qaddafinin sözçüsü bu şəhərlərinin hələ onların əlində olduğunu deyib. Zlitan şəhəri uğrunda döyüşlərdə üsyançılar 30-da çox qurban verdiklərini, onlarla adamın da yaralandığını bildirir. Qaddafi qüvvələrinin nə qədər itki verdiyi bəlli deyil.

NATO-nun müdafiə etdiyi üsyançılar qeyd edirlər ki, bugünlərdə Qaddafinin yüksək rütbəli yardımçılarından daha biri onların tərəfinə keçib. O, 1969-cu ilin çevrilişində mühüm rol oynamış və bir müddət Qaddafinin hakimiyyətində Baş nazir kimi çalışmış Abdul Salam Jallouddur.

Bu ilin əvvəlindən Liviyada Muammar Qaddafi əleyhinə etiraz aksiyaları kütləviləşmiş, hökumətin aksiyalara hərbi müdaxiləsi ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxarıb. BMT-nin qərarı ilə NATO Liviyada dinc sakinlərin hökumət qüvvələrinin hücumlarıdnan qorunması üçün hərbi əməliyyatlar keçirir. NATO ölkələrinin bir çoxu müxalifətin qurduğu hökuməti tanıyıb və onlara yardımlar edirlər.
XS
SM
MD
LG