Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 20:32

Rəsmiyyə Sabir. Fəsillər

Küləkdən xəbər aldım səni.
Dəli kimi əsdi.
Mənim ümidimi kəsdi.

Günəşdən xəbər aldım səni.
Qəzəbindən alışıb yandı.
Elə bil zaman dayandı.

Yağışdan xəbər aldım səni.
Hönkür-hönkür ağladı.
Dilimi-ağzımı bağladı.

Qardan xəbər aldım səni.
Yağdı saçlarıma, yağdı...
İndi həsrətin keçilməz dağdı...
This item is part of
XS
SM
MD
LG