Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 06:48

Rəsmiyyə Sabir. Düşdü

Ürəyimdə saxladığım,
Gözümdən qırağa düşdü.
Ona deyiləsi sözüm,
Dilimdən varağa düşdü.

Dərdlərimi sarmaq üçün,
Həqiqətə varmaq üçün,
Özümü axtarmaq üçün,
Məcnun tək sorağa düşdüm.

Ozanam, bəxtdən gileyli,
Bilməm dərd əlindən neylim,
Ömrə tərəf çəkir meylim,
Ölmədim, marağa düşdüm.
This item is part of
XS
SM
MD
LG