Keçid linkləri

2026, 06 May, çərşənbə, Bakı vaxtı 10:00

Rəsmiyyə Sabir. Görünür

Getdiyim haqqın yoludur,
Yoluma duman bürünür.
Mən yürüyürəm, arxamca,
Cansız kölgələr sürünür.

Torpaq ayağımdan çəkir,
Gözlərim qanlı yaş tökür,
Ömrümə qaranlıq çökür,
Bəxtimin ulduzu sönür.

Dünyada bunca adam var,
Dərdimdən dərdlilər anlar,
Uzaqlaşdıqca insanlar,
Tək, uca Allah görünür...
This item is part of
XS
SM
MD
LG