Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:12

Abid Şərifov Bayılda sürüşmənin dayandığını deyir


Baş nazirin müavini Abid Şərifov, 16 avqust 2011
Baş nazirin müavini Abid Şərifov, 16 avqust 2011

Artıq iki gündür ki, Bakının Səbail rayonunda Bayıl yamacında sürüşmə dayanıb. Avqustun 20-də jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov belə deyib.

Avqustun 16-da Bayıl yamacında – Şəhidlər Xiyabanı yaxınlığında çatlar əmələ gəldiyi məlum olmuşdu. Hökumət sürüşmənin səbəblərini araşdırmaq üçün vaxt istəmişdi. Amma ilkin ehtimala görə, sürüşməyə səbəb ərazidəki bostan sularının sızması və yağıntının çox olmasıdır.

Baş nazirin müavininin sözlərinə görə, hazırda iri quyular qazılaraq qrunt suyunun səviyyəsi müəyyənləşdilir. Bununla bağlı ekspertizanın nəticəsi yaxın günlərdə açıqlanacaq.

Abid Şərifov sürüşmənin böyüməməsi üçün qabaqlayıcı tədbirlər görüldüyünü, çatların doldurulmasının bazar ertəsinədək yekunlaşacağını bildirib. Eyni zamanda, ərazidə suyun qalmaması üçün suaxıdıcı kanallar çəkiləcəyini deyib.

Abid Şərifov Bayıl yamacında tikilən binalarda təhlükə müşahidə olunmadığını və sürüşmə nəticəsində cəmi bir evə zərər dəydiyini söyləyib.

"Evlər nəzarət altındadır , bir evdə bir otaqda çatlar əmələ gəlib. Mayak qoymuşuq, mayak hərəkət etmir".

Abid Şərifovun sözlərinə görə, sürüşmə zonasındakı evlərin köçürülməsi gündəmdə deyil. O bunu evlərin köçürülməsi üçün həddindən artıq böyük vəsait tələb edilməsiylə izah edib.

"Bir evi tərpədirsən 7 ailə çıxır. Asan məsələ deyil. Düzdür, sürüşmə zonasıdır. Fövqəladə Hallar Nazirliyinin ekspertləri ilə birgə I və II dərəcəli xətalı yerləri müəyən etmşik . I dərəcəliləri köçürmüşük. II və III dərəcəli təhülkəli yerlərdə yaşayanların köçürülməsi üçün külli miqdarda - milyonlarla vəsait lazımdır. Bayılın yarısı sürüşmə zonasıdır".

Şərifov onu da bildirib ki, hələ 2000-ci ildə Nazirlər Kabinetinin nəzarəti altında Bayıldan 116 sürüşmə təhlükəsi olan ev köçürülüb. Yerdə qalan evlər təhlükəlilik dərəcəsi az olan ərazilərdə yerləşir. (ANS)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG