Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

NATO qüvvələrinə yanacaq aparan 5 maşın yandırılıb


Yaraqlılar Pakistanın cənub-qərbində, Əfqanıstan sərhəddinin yaxınlığında NATO qüvvələrinə yanacaq aparan 5 maşını yandırıblar.

Hadisə Bəlucistan əyalətində baş verib.

Yerli rəsmilərin sözlərinə görə, velosipedlə yaxınlaşan bir qrup adam qəflətən maşınları avtomat silahlardan atəşə tutaraq aradan çıxıblar.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Əl Qaidə ilə talibançılar vaxtaşırı bölgədə NATO-nun maşın karvanına hücum edirlər.
XS
SM
MD
LG