Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:01

Türkiyə Somalidə səfirlik açacaq


Aclıqdan əziyyət çəkən Somali əhalisinə dəstək vermək üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkəyə səfərdədir.

O, mətbuat konfransında bildirib ki, Türkiyə Somaliyə sərmayə qoyacaq. evlər və məktəblər tikəcək, paytaxt Moqadişudan əsas aeroporta yol çəkəcək, su təchizatını yaxşılaşdırmaq üçün tədbirlər görəcək.

Ərdoğan Somalidə səfirlik açacağını da deyib.

Hazırda Somalidə vətəndaş müharibəsi gedir, ölkənin yarısı radikal islamçıların nəzarətindədir.
XS
SM
MD
LG