Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 02:29

Türkiyə təyyarələri ikinci gündür ki, Şimali İraqda PKK-ya zərbələr endirir

Türkiyə təyyarələri və artileriyası ikinci gündür ki, Şimali İraqda kürd yaraqlılarının mövqelərinə zərbələr endirirlər.

Türkiyə ordusu bildirib ki, Qəndil dağlıq ərazisi və digər bölgələrdə PKK-nın 28 hədəfinə zərbə vurulub.

Hücum zamanı yüksək dəqiqliyə malik və lazerlə yönəldilən silahlardan istifadə edilir.

PKK-nın hava hücumundan müdafiə qurğuları və silah-sursat anbarları hədəf alınır.

Bu, PKK-nın axır aylarda terror aktları vasitəsilə onlarda türk əsgərini öldürməsinə cavabdır.
This item is part of
XS
SM
MD
LG