Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 00:54

Azərbaycanın terrorçuluqla mübarizədə fəallığı qeyd olunur


Arxiv foto
Arxiv foto
Azərbaycan Qafqaz ərazisində insan, pul və material yerləşdirməyə çalışan terrorçu təşkilatlarla fəal mübarizə aparır. Ölkə bu yöndə cəhdlərini artırıb və terrorçuların yardımçılarının sayını azaltmaq və onların fəaliyyətinə maneçilik törətmək sahəsində uğur qazanıb.

QANUNVERİCİLİK VƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ İŞİ

ABŞ Dövlət Departamentinin dünyada terrorçuluqla mübarizəyə dair 2010-cu il hesabatında belə deyilir:

«Hüquq-mühafizə orqanları Azərbaycanda terrorçu qrupları və onların yardımçılarını təqib etməkdədir. 2009-cu ilin oktyabrında Bakı məhkəməsi iki Livan vətəndaşına- Əli Məhəmməd Karaki və Əli Hüseyn Nəcməddinə 15 illik həbs cəzası verib, onların dörd azərbaycanlı köməkçisinə isə iki ildən 14 iləcən iş kəsilib. Məhkəmə sübuta yetirib ki, bu qrup İsrail səfirliyinə hücumlar planlaşdırırmış. Təhqiqat nəticəsində o da bəlli olub ki, Karaki və Hüseyn Hizbullah təşkilatına, digərləri isə İrana bağlı olublar. Mətbuatda gedən məlumatlara görə, Karaki və Nəcməddin İranla məhbus mübadiləsi nəticəsində buraxılıblar, 2010-cu ilin avqustunda 12 iranlı ilə birgə deportasiya olunublar».

TERRORÇULARIN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI

Azərbaycan hökuməti çirkli pulların yuyulmasına və terrorçuluq əleyhinə fəaliyyətin maliyyələşdirilməsinə qarşı qanununu (ingiliscə qısa adı belədir-AML/CTF) yerinə yetirir. Hökumət Maliyyə Araşdırması Qurumunu (FİU) da təsis edib. Oktyabrda Mərkəzi Bank AML/CTF qanununu BMT, Maliyyə Hərəkəti İşçi Qüvvə (FATF) və digər beynəlxalq təşkilatlar və konvensiyalara uyğunlaşdırmaq üçün plan hazırlayıb.

Bundan əlavə, Azərbaycan hökuməti planını Avropa Şurasının MONEYVAL (Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirməsini dəyərləndirən Ekspert Komitəsi) qurumuna təqdim edib. MONEYVAL dekabrda Azərbaycanın təkliflərinə baxıb və Azərbaycanın bu sahədə öhdəliklərə əməl etməməsinə dair tövsiyələrini geri götürməyə razılaşıb. Azərbaycanın adı həmçinin FATF-ın nəzarət siyahısından çıxarılıb.

Birləşmiş Ştatlar da Azərbaycanla müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləyir.

Azərbaycan terrorçuluqla bağlı mümkün maliyyə mənbələrini müəyyənləşdirməkdə davam edir. Şübhəli terrorçu qrupların və fərdlərin siyahılarını yerli banklara paylayır.

REGİONAL VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Sentyabrda Azərbaycanla Rusiya iki ölkənin 390 kilometrlik sərhədinə dair demarkasiya sazişi imzaladı. Noyabrın 18-də Azərbaycan Xəzəryanı dövlətlərlə təhlükəsizlik əməkdaşlığı barədə saziş imzaladı. Sazişin məqsədi qaçaqmalçılıq, narkotik daşıma, mütəşəkkil cinayətkarlıq və terrorçuluğa qarşı hüquq-mühafizə orqanlarının işini əlaqələndirməkdir.
XS
SM
MD
LG